Azərbaycan 2000 Yay Paralimpiya Oyunlarında

Azərbaycan — 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 18-28 oktyabr tarixlərində baş tutan XI Yay Paralimpiya Oyunlarında 7 idmançı ilə 3 idman növündə təmsil olundu.

Azərbaycan
2000 Yay Paralimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Paralimpiya Komitəsi
İdmançı sayı7 idmançı (3 idman növündə)
Medallar
Yer: 60




0 1 0 1
Yay Olimpiya Oyunları
19962000200420082012201620202024
Qış Olimpiya Oyunları
19941998200220062010201420182022

Azərbaycan Milli Paralimpiya Komandası XI Yay Paralimpiya Oyunlarını 1 gümüş medalla başa vurdu. Komandanın heyətində atıcı Yelena Taranova gümüş medala sahib oldu. Pauerliftinq idman növündə qızıl medala sahib olan Gündüz İsmayılov isə ondan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğuna görə onun nəticələri ləğv edildi və qızıl medaldan məhrum edildi.

XI Yay Paralimpiya Oyunlarında 1 gümüş medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 60-cı pillədə, medalların sayına görə isə 61-ci pillədə qərarlaşdı.

Medalçıların siyahısı

Medal
Medalçı
İdman növü
Yarış
Tarix
Gündüz İsmayılov Pauerliftinq Kişilər, -90 Kq.
Yelena Taranova Atıcılıq Qarışıq, hava tapançası, SH1

Nəticələri

Atıcılıq

  • Q — növbəti mərhələyə adladı

XI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelena Taranova.

Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[1] Nəticədə Yelena Taranova təsnifat mərhələsini 360.0 xalla on idmançı sırasında yeddinci pillədə başa vurdu.[1] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[1] Həlledici mərhələdə isə Yelena Taranova 454.2 xalla 8 idmançı sırasında 7-ci pillənin sahibi oldu.[1]

Daha sonra isə Yelena Taranova qarışıq idmançıların hava tapançası ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[2] Təsnifat mərhələsinin nəticələrinə əsasən Yelena Taranova mərhələni 528.0 xalla 26 idmançı sırasında 2-ci pillədə başa vurdu.[2] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[2] Həlledici mərhələdə isə Yelena Taranova 622.7 xalla 8 idmançı sırasında 2-ci pillənin sahibi oldu və XI Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[2] Bununlada Yelena Taranova Paralimpiya Oyunlarında medala sahib olan birinci Azərbaycan idmançı olaraq tarixə düşdü.

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
Nəticə
Yer
Yelena Taranova Qadınlar, hava tapança, SH1
360.0
7 Q
454.2
7
Qarışıq, hava tapança, SH1
528
2 Q
622.7

Pauerliftinq

  • DQ — Kənarlaşdırıldı

XI Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirdə Azərbaycanı üç idmançı təmsil elədi: Fuad Tarverdiyev, Gündüz İsmayılovMehman Ramazanov.

-82 Kq. turnirində mübarizə aparan Fuad Tarverdiyev ümumi nəticədə 170 kiloqramlıq nəticə göstərdi və Sidney Paralimpiadasını 22 idmançı sırasında 9-cu pillədə başa vurdu.[3]

-90 Kq. turnirində mübarizə aparan Gündüz İsmayılov isə ümumi nəticədə 240 kiloqramlıq nəticə göstərdi və Sidney Paralimpiadasının qızıl medalına sahib oldu.[4] Amma Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Anti-Dopinq Komissiyası Gündüz İsmayılovdan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğu məlum oldu və onun nəticələri ləğv olundu. Gündüz İsmayılov həmdə 2004-cü ildə baş tutacaq Paralimpiya Oyunlarında mübarizə aparmaqdan da məhrum edildi.[5]

-100 Kq. turnirində mübarizə aparan Mehman Ramazanov isə ümumi nəticədə 202.5 kiloqramlıq nəticə göstərdi və Sidney Paralimpiadasını altıncı pillədə başa vurdu.[6]

İdmançı
Yarış
Nəticə
Yer
Fuad Tarverdiyev Kişilər, -82.5 Kq.
170
9
Gündüz İsmayılov Kişilər, -90 Kq.
DQ
Mehman Ramazanov Kişilər, -100 Kq.
202.5
6

Yüngül atletika

  • Q — növbəti mərhələyə adladı

XI Yay Paralimpiya Oyunlarında yüngül atletlərin turnirində Azərbaycanı üç idmançı təmsil elədi: Zeynəddin Bilalov, Aleksandr AntofiSərxan Əsədov.

Zeynəddin Bilalov 100 metr məsafəyə qaçış turnirində və uzunluğa tullanma turnirində mübarizə apardı. 100 metr məsafəyə qaçış turnirinin təsnifat mərhələsində Zeynəddin Bilalov 12.38 saniyə nəticə göstərdi və dörd atlet sırasında sonuncu pillənin sahibi oldu.[7] Bununla da Bilalov yarım-final mərhələsinə vəsiqə qazana bilmədi. Uzunluğa tullanma turnirində isə Zeynəddin Bilalov 5.42 metr nəticə göstərdi və Paralimpiadanı 10 idmançı sırasında 8-ci pillədə başa vurdu.[8]

Aleksandr Antofi isə 5000 metr məsafəyə qaçış və marafon turnirlərində mübarizə apardı. 5000 metr məsafəyə qaçış turnirində Aleksandr Antofi 16:52.02 dəqiqə nəticə göstərdi və 11 atlet sırasında 10-cu pillənin sahibi oldu.[9] Marafon turnirində isə dörd il əvvəl Atlanta Paralimpadasını dördüncü pillədə başa vuran Aleksandr Antofi, bu səfər 2:42:55 saat nəticə göstərdi və Paralimpiadanı 14 idmançı sırasında 6-cı pillədə bitirdi.[10]

Sərxan Əsədov isə cəmi bir turnirdə mübarizə apardı — nizə atma. Final mərhələsində 24.18 metr nəticə göstərən Sərxan Əsədov, turniri 8 idmançı sırasında sonuncu pillədə başa vurdu.[11]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Yarım-final
Final
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
Zeynəddin Bilalov Kişilər, 100 m., T11
12.38
4
N/A
Kişilər, uzunluğa tullanma, F11
N/A
5.42
8
Aleksandr Antofi Kişilər, 5000 m., T46
N/A
16:52.02
10
Kişilər, marafon, T46
N/A
2:42:55
6
Sərxan Əsədov Kişilər, nizə atma, F44
N/A
24.18
8

Həmçinin bax

İstinadlar

  1. International Paralympic Committee. "Shooting at the Sydney 2000 Paralympic Games // Women's Air Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. Archived from the original on 2022-10-16. İstifadə tarixi: 01.08.2022.
  2. International Paralympic Committee. "Shooting at the Sydney 2000 Paralympic Games // Mixed Free Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
  3. International Paralympic Committee. "Powerlifting at the Sydney 2000 Paralympic Games // Men's -82.5 Kg". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. Archived from the original on 2022-10-16. İstifadə tarixi: 01.08.2022.
  4. International Paralympic Committee. "Powerlifting at the Sydney 2000 Paralympic Games // Men's -90 Kg". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
  5. South African Broadcasting Corporation (SABC) News. "Paralympic drug cheats beat Olympic record". www.sabcnews.com ( (ing.)). 01.08.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
  6. International Paralympic Committee. "Powerlifting at the Sydney 2000 Paralympic Games // Men's -100 Kg". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
  7. International Paralympic Committee. "Athletics at the Sydney 2000 Paralympic Games // Men's 100 m T11". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
  8. International Paralympic Committee. "Athletics at the Sydney 2000 Paralympic Games // Men's Long Jump F11". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
  9. International Paralympic Committee. "Athletics at the Sydney 2000 Paralympic Games // Men's 5000 m T46". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
  10. International Paralympic Committee. "Athletics at the Sydney 2000 Paralympic Games // Men's Marathon T46". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
  11. International Paralympic Committee. "Athletics at the Sydney 2000 Paralympic Games // Men's Javelin F44". www.db.ipc-services.org ( (ing.)). 01.08.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.