Azərbaycan İslam Həmrəyliyi Oyunlarında
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında. Azərbaycan birinci dəfə 2005-cu ildə Məkkəda İslam Həmrəyliyi Oyunlarına qatılb. I İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazandı. 2013-cü ildə isə İndoneziyanın Palembanq şəhərində baş tutan II İslam Həmrəyliyi Oyunlarında 6 qızıl, 9 gümüş və 9 bürünc medal qazandı. Azərbaycan İslam Həmrəyliyi Oyunlarında ən yaxşı nəticə 2013-cü ilə təsadüf etdi. Azərbaycan həmin il medal sıralanmasında 8-ci yeri tutdu.
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında | |
---|---|
BOK Kodu | AZE |
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi |
İslam Həmrəyliyi Oyunları | |
2005, |
Tarixi
Təhran—2009
Palembanq—2013
Əsas məqalə:Azərbaycan 2013 İslam Həmrəyliyi Oyunlarında
Azərbaycan növbəti dəfə İslam Həmrəyliyi Oyunlarına 2013-cü ildə qatıldı. Azərbaycan 8 il əvvəl Məkkədə baş tutan oyunlarla müqayisədə bu səfər daha az idmançı ilə qatıldı, 53 idmançı 8 idman növündə. Azərbaycan Palembanqdan vətənə 24 medalla döndü. Ağır atletika idman növündə mübarizə aparan 9 idmançıdan 5-i medal qazandı. Əfqan Bayramov, İntiqam Zairov və Silviya Anqelova gümüş, Zülfüqar Süleymanov və Namiq Cəmilov isə Palembanqdan Azərbaycana bürünc medalla qayıtdı. Ağır atletlərlə yanaş karateçilərdə uğurla çıxış etdi. 75 kq. mübarizə aparan Rəfael Ağayev və 84 kq. çıxış edən Ayxan Mamayev qızıl medal qazandı. 67 kq. və +84 kq. isə müvafiq olaraq Niyazi Əliyev və Şahin Atamov yalnızca finalda məğlub olaraq gümüş medal qazandı. Şəxsi yarışlarla yanaşı komanda yarışlarında da Azərbaycan medal qazandı. Asiman Qurbanlı, Ayxan Mamayev, Niyazi Əliyev, Şahin Atamov, Rafiz Həsənov və Rəfael Ağayevdən ibarət yığma finalda İran İslam Respublikasının nümayəndələrini məğlub etdi və III İslam Həmrəyliyi Oyunlarında tarixi nailiyyətə imza atdı. Kamandan oxatma idman növündə Roman Vengerov, Aleksey Kopnin və Zaur Qəhrəmanovdan ibarət yığmada medal qazandı, gümüş medal. Taekvondo idman növündə mübarizə aparan 8 idmançıdan 4-ü medal qazandı. Mikayıl Əliyev (54 kq.), Türkanə Tahirli (46 kq.), Patimat Abakarova (49 kq.) bürünc medal və Günay Ağakişiyeva (57 kq.) gümüş medal qazandı.
Bakı—2017
Əsas məqalə:Azərbaycan 2017 İslam Həmrəyliyi Oyunlarında
Azərbaycan 2017-ci ildə tarixində 2-ci dəfə İslam Həmrəyliyi Oyunlarına qatılacaq. IV İslam Həmrəyliyi Oyunları elə Azərbaycan paytaxtında, Bakı şəhərində baş tutacaq.
Medal cədvəli
İl | İdmançı | Cəmi | Yer | Bayraqdar | |||
2005 Məkkə | 103 | 4 | 4 | 7 | 15 | 8 | İlkin Şahbazov |
2009 Təhran | baş tutmadı | ||||||
2013 Palembanq | 53 | 6 | 9 | 9 | 24 | 8 | İntiqam Zairov |
2017 Bakı | |||||||
Cəmi | 10 | 13 | 16 | 39 | — | — |
İdman növləri
Sıra | İdman növü | Cəmi | |||
1 | Karate | 4 | 4 | 1 | 9 |
2 | Ağır atletika | 2 | 5 | 6 | 13 |
3 | Yüngül atletika | 2 | 0 | 2 | 4 |
4 | Üzgüçülük | 1 | 1 | 1 | 3 |
5 | Basketbol | 1 | 0 | 0 | 1 |
6 | Kamandan oxatma | 0 | 1 | 0 | 1 |
7 | Taekvondo | 0 | 1 | 4 | 5 |
8 | Uşu | 0 | 1 | 1 | 2 |
9 | Qılıncoynatma | 0 | 0 | 1 | 1 |
Cəmi | 10 | 13 | 16 | 39 |
Medalçıların siyahısı
Sıra | Medal | Medalçı | İdman növü | Yarış növü | İl |
---|---|---|---|---|---|
1 | Rəfael Ağayev | Karate | 2005 Məkkə | ||
2 | Yusif Cəfərov | Karate | 2005 Məkkə | ||
3 | Rəşad Hüseynov | Karate | 2005 Məkkə | ||
4 | Ceyhun Ağasıyev | Karate | 2005 Məkkə | ||
5 | Babək İsgəndərov | Taekvondo | 2005 Məkkə | ||
6 | Qılıncoynatma | 2005 Məkkə | |||
7 | Natiq Həsənov | Ağır atletika | 2005 Məkkə | ||
8 | Natiq Həsənov | Ağır atletika | 2005 Məkkə | ||
9 | Natiq Həsənov | Ağır atletika | 2005 Məkkə | ||
10 | Əlibəy Səmədov | Ağır atletika | 2005 Məkkə | ||
11 | Əlibəy Səmədov | Ağır atletika | 2005 Məkkə | ||
12 | Nizami Paşayev | Ağır atletika | 2005 Məkkə | ||
13 | Nizami Paşayev | Ağır atletika | 2005 Məkkə | ||
14 | Nizami Paşayev | Ağır atletika | 2005 Məkkə | ||
15 |
|
Basketbol | 2005 Məkkə |
2 və daha artıq medal qazanan idmançılar
Sıra | İdmançı | İdman növü | Cəmi | |||
---|---|---|---|---|---|---|
1 | Rəfael Ağayev | Karate | 2 | 0 | 1 | 3 |
2 | Ayxan Mamayev | Karate | 2 | 0 | 0 | 2 |
3 | Natiq Həsənov | Ağır atletika | 1 | 2 | 0 | 3 |
4 | Nizami Paşayev | Ağır atletika | 1 | 0 | 2 | 3 |
5 | Niyazi Əliyev | Karate | 1 | 1 | 0 | 2 |
Şahin Atamov | Karate | 1 | 1 | 0 | 2 | |
7 | Yevgeni Lazuka | Üzgüçülük | 0 | 1 | 1 | 2 |
8 | Əlibəy Səmədov | Ağır atletika | 0 | 0 | 2 | 2 |