Azərbaycan İnvestisiya Holdinqi

Azərbaycan İnvestisiya Holdinqi — Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədi ilə yaradılmış holdinq. 2020-ci il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərmanına əsasən təşkil olunmuşdur.[1]

Azərbaycan İnvestisiya Holdinqi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 7 avqust 2020
Rəsmi saytı aih.gov.az

Tarixi

"Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqi - onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.[2]

“Azərbaycan İnvestisiya Holdinqi”nin nizamnamə fondu 10 milyon manatdır.[3]

Prezident İlham Əliyev 2021-ci il fevralın 12-də verdiyi sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsini təsdiqləyib.[4]

2021-ci il aprelin 27-də Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti“, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Baktelecom”), holdinqin idarəetməsindən çıxarılıb.[5]

Rəhbərlik

Prezidentin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılmışdır.[6]

Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.[7]

Müşahidə Şurasının sədri:

Müşahidə Şurasının üzvləri:

İdarə Heyəti 5 (beş) üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir: [8] [9]

Tərkibi

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə bir sıra dövlət şirkətləri və müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri daxil edilmişdir:[11]

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan İnvestisiya holdinqi yaradıldı - fərman". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  2. "Arxivlənmiş surət". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  3. "Yeni yaradılan "Azərbaycan İnvestisiya Holdinqi"nin nizamnamə fondu məlum oldu". 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  4. ""Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.
  5. "Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.
  6. "Arxivlənmiş surət". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  7. "Arxivlənmiş surət". 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  8. "Arxivlənmiş surət". 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  9. "Arxivlənmiş surət". 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  10. "Arxivlənmiş surət". 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
  11. "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı". 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  12. "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-04-09.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.