Azərbaycan İkinci Liqası 2023/2024
Azərbaycan İkinci Liqasındakı ilk mövsüm
Sezon | 2023/2024 |
---|---|
Tarix | 4 sentyabr 2023 - 21 may 2024 |
Matç sayı | 140 |
Qol sayı | 538 |
Orta hesabla qol sayı/oyun | 3.84 |
Komanda sayı | 14 |
Ən yüksək hesablı ev qələbəsi |
Şahdağ Qusar FK 9 - 0 Dinamo FK (6 noyabr 2023) Cəbrayıl FK 9 - 0 Kürmük Qax FK (5 mart 2024) |
Ən yüksək hesablı səfər qələbəsi |
Şəfa FK 0 - 6 Şəki Siti FK (10 sentyabr 2023) |
Ən qollu matç |
Göygöl FK 8 - 2 Şəmkir PFK (10 qol) (14 noyabr 2023) |
Ən uzun qələbə seriyası | Baku Sportinq, Füzuli (7 oyun) |
Ən uzun məğlubiyyətsizlik seriyası | Füzuli (18 oyun) |
Ən uzun qələbəsizlik seriyası | Şəfa FK (10 oyun) |
Ən uzun məğlubiyyət seriyası | Şəfa FK (7 oyun) |
Ən çox qol vuran | Tural Qurbətov ("Şahdağ Qusar") - 23 qol |
2024-25 |
Tarixi
16 iyun 2023-cü ildə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2023–2024-cü illər mövsümündən etibarən yarıpeşəkar statuslu Azərbaycan İkinci Divizionunun təsis edilməsi ilə bağlı qərar qəbul edilib. İlk mövsüm liqada 14 komanda çıxış edib.İkinci Liqada birinci yeri tutmuş komanda Birinci Liqaya vəsiqə qazanır.Sonuncu yeri tutmuş komanda Region Liqasına düşür. Sondan əvvəlki yerin sahibi isə liqada qalmaq üçün Region Liqasının qalibi ilə pley-offda mübarizə aparır. Yarış 2 dövrədən ibarətdir.[1] 7 iyul 2023-cü ildə "Azərbaycan İkinci Divizionu"nun adı Azərbaycan İkinci Liqası olaraq dəyişdirildi.[2]
Klublar
Reqlament
Birinci Liqada sonuncu yeri tutmuş komanda İkinci Liqaya düşür. İkinci Liqanın qalibi Birinci Liqaya yüksəlir. Birinci Liqada 9-cu yeri tutmuş komanda İkinci Liqanın 2-ci yerinin sahibi ilə I Liqaya vəsiqə uğrunda pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarətdir. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Pley-offda qalib olan komanda növbəti mövsüm Birinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə İkinci Liqada çıxış edəcək. İkinci Liqada sonuncu yeri tutmuş komanda yarışı tərk edir, Region Liqasının qalibi İkinci Liqaya yüksəlir. İkinci Liqada sonuncudan əvvəlki yeri tutmuş komanda Region Liqasının finalçısı (2-ci yerin sahibi) ilə pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Bu iki oyunun nəticəsinə görə qalib olan komanda növbəti mövsüm İkinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə Region Liqasında çıxış edir.
Turnir cədvəli
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Baku Sportinq (Bakı) | 20 | 14 | 4 | 2 | 48 | 20 | +28 | 46 | Azərbaycan Birinci Liqasına vəsiqə |
2 | Cəbrayıl | 20 | 14 | 1 | 5 | 67 | 33 | +34 | 43 | Pley-off oynayır |
3 | Füzuli | 20 | 12 | 7 | 1 | 42 | 23 | +19 | 43 | |
4 | Şahdağ Qusar | 20 | 12 | 5 | 3 | 58 | 17 | +41 | 41 | |
5 | Qusar | 20 | 12 | 2 | 6 | 46 | 27 | +19 | 38 | |
6 | Sheki City (Şəki) | 20 | 9 | 5 | 6 | 36 | 28 | +8 | 32 | |
7 | Kür-Araz (İmişli) | 20 | 9 | 2 | 9 | 44 | 33 | +11 | 29 | |
8 | Göygöl | 20 | 9 | 2 | 9 | 39 | 43 | −4 | 29 | |
9 | Dinamo (Bakı) | 20 | 7 | 3 | 10 | 40 | 53 | −13 | 24 | |
10 | Ağdaş | 20 | 5 | 5 | 10 | 22 | 36 | −14 | 20 | |
11 | Lerik | 20 | 4 | 4 | 12 | 29 | 48 | −19 | 16 | |
12 | Şəmkir | 20 | 4 | 1 | 15 | 23 | 55 | −32 | 13 | |
13 | Şəfa (Bakı) | 20 | 4 | 1 | 15 | 24 | 64 | −40 | 13 | Pley-off oynayır |
14 | Kürmük (Qax) | 20 | 3 | 2 | 15 | 20 | 58 | −38 | 11 | Azərbaycan Region Liqasına düşmə |
Təsnifat qaydaları: Azərbaycan Premyer Liqası, I Liqa, II Liqa, Əvəzedicilər yarışlarında 1) Xal; 2) Şəxsi görüşlərdə qazanılan xal; 3) Şəxsi görüşlərdə qol fərqi; 4) Şəxsi görüşlərdə atılan qol; 5) İki komanda olduğu təqdirdə şəxsi görüşlərdə səfərdə ən çox qol atan; 6) Qol ortalaması; 7) Atılan qol[3]
Nəticələr
Klublar bir-biri ilə 2 dəfə, ümumilikdə 26 matç keçirib.
1–26-cı turun matçları
- "Ağdaş" - "Baku Sportinq" oyununun (2:4) nəticəsi ləğv edilib.
10.09.2023-cü il tarixində II Liqanın II turunun “Ağdaş” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində “Baku Sportinq” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə “Baku Sportinq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Baku Sportinq” klubu 400 manat cərimə edilir (maddə 61.6)
- "Şəmkir" - "Dinamo" oyununun (2:3) nəticəsi ləğv edilib.
19.09.2023-cü il tarixində II Liqanın III turunun “Şəmkir” – “Dinamo” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 30 nömrəli futbolçu Kərəm Əhmədli meydançaya daxil olduğuna görə “Şəmkir” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Şəmkir” klubu 400 manat cərimə edilir (maddə 61.6)
- "Şahdağ Qusar" - "Cəbrayıl" oyununun (0:0) nəticəsi ləğv edilib.
26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 71-ci dəqiqəsində “Cəbrayıl” klubunun heyətində adı protokolda qeyd edilməmiş 17 nömrəli futbolçu Nurlan Quliyev oyuna daxil olduğuna görə “Cəbrayıl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Cəbrayıl” klubu 400 manat cərimə edilir (maddə 61.6)
- “Dinamo” – “Kür-Araz” oyununun (2:3) nəticəsi ləğv edilib.
23.102023-cü il tarixində II Liqanın VIII turunun “Dinamo” – “Kür-Araz” görüşünün 81-ci dəqiqəsində “Kür-Araz” klubunun heyətində matçın rəsmi protokolunda adı olmayan 18 nömrəli futbolçu Ceyhun Quliyev oyuna daxil olduğuna görə “Kür-Araz” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, komanda 400 manat cərimə edilir (maddə 61.6).
- 31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə (83-cü dəqiqəyə kimi hesabda 1:2 “Sheki City” komandasının xeyrinə olub) “Göygöl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Göygöl” klubu 500 manat cərimə edilir və “Göygöl” klubuna növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilir. Bu sanksiya II Liqa oyununa aiddir (maddə 49.1, 23)
Bombardirlər:
Tural Qurbatov ("Şahdağ Qusar") - 23 qol
Vüqar Əşrəfli ("Göygöl", "Qusar") - 18 qol
Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 17 qol
Ülvi Quliyev ("Baku Sportinq") - 15 qol
Valeh Seyidov ("Dinamo") - 13 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 13 qol
İstinadlar
- "İcraiyyə Komitəsinin qərarları". affa.az (az.). 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
- "İkinci Divizionunun adı dəyişdirildi". pfl.az (az.). 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-10.
- "Premyer Liqa: Season rules". Scoresway. 10 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2018.