Azərbaycan İdman Jurnalistləri Assosiasiyası
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası AİJA | |
---|---|
Fəaliyyəti | Jurnalistika |
Yaranma tarixi | 1995 |
Rəsmi dili | Azərbaycan |
Mərkəzi | Mətbuat pr. 529 |
Yarandığı yer | Bakı/Azərbaycan |
Prezident | Eldar İsmayılov |
aija.az |
Tarixi
Ölkəmizin idman mediası yaradıcı əməkdaşlarının milli birliyi missiyasını həyata keçirən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA 1995-ci ildə yaradılıb.
Məlumat
AİJA idmanımızın və idman mediamızın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin ölkənin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyətini yüksələn xətlə inkişaf etdirir. Bu gün idmanın və idman mediasının ən nüfuzlu dairələrində AİJA üzvləri və tərəfdaşları bu missiyanı şərəflə yerinə yetirməkdədir.
Fəaliyyət
Ölkə idmanımız, olimpiya hərəkatımız kimi, idman mediamızın da beynəlxalq əlaqələri getdikcə genişlənir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı beynəlxalq əlaqələrini də möhkəm təməllər üzərində qura bilib. Yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına - AIPS müraciət edərək dünya idman və media aləmində yüksək nüfuza malik bu təşkilata müvəqqəti üzv statusu alıb. 1997-ci ilin mayında isə AİJA dünya idman mediası yaradıcı birliyinin, yəni AIPS-in tam hüquqlu üzvü seçilib, Nizamnaməyə uyğun olaraq AIPS ətrafında birləşən milli assosiasiyalar eyni zamanda təşkilatın qitə bölmələrinə daxil olmalıdırlar. Azərbaycana Asiya seksiyasında yer ayırmışdılar. Təşkilatın rəhbəri Eldar İsmayılov hələ o vaxt, 13 il əvvəl İspaniyada gərgin danışıqlar apararaq AIPS rəhbərliyini ölkəmizin əsasən Avropa dəyərlərinə sadiqliyini və bu istiqamətdə inkişaf perspektivlərini sübut edə bildi. Beləliklə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun aparıcı qitə təşkilatında - Avropa İdman Mətbuatı İttifaqında (UEPS), hazırda AIPS EUROPE adlanan qurumda özünə layiq yer tuta bildi.
Struktur
Prezident - Eldar İsmayılov
Baş katib - Rövşən Binnətli
1-ci vitse-prezident - Nərgiz Mahmudzadə
Vitse-prezident - Anar İsgəndərov (Şabanoğlu)
Vitse-prezident - Natiq Nəsirov
İcraiyyə Komitəsinin üzvü - Cavid Allahverdiyev
İcraiyyə Komitəsinin üzvü - Həsənağa Əliyev
İcraiyyə Komitəsinin üzvü - Rizvan Cəfərov
İcraiyyə Komitəsinin üzvü - Zahid Teymurov