Azərbaycan çirişi

Azərbaycan çirişi (lat. Eremurus azerbajdzhanicus[1]) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. Bu növünü ukraynalı alim S. Xarkeviç Qafqaza ekspedisiya zamanı, Azərbaycan florasında bitən bitkiləri tədqiq edən zaman müəyyənləşdirmişdir. O, 1959-cu ilin may ayında Yevlax rayonu Xaldan kəndi ətraflarından topladığı çirişin yeni növünü müəyyən etmiş və bu növü Azərbaycan çirişi adlandırmışdır[2].

Azərbaycan çirişi
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Yarımfəsilə:
Asphodeloideae
Cins:
Növ:
Azərbaycan çirişi
Beynəlxalq elmi adı
  • Eremurus azerbajdzhanicus
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
EOL  1087920


Botaniki təsviri

Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar kənarları boyunca çox enlidir. Yarpaqlarının uzunluğu 20-40 sm-ə çatır. Köklərin sayı bitkimnin yaşından asılı olaraq 8-12 ədəd olub, uzunluğu 10-16 sm, diametri (ən yoğun yerdə) 5,2 sm, şəkisi 1200 q təşkil edir. Gövdəsi rozet (ulduzaoxşar) yarpaqların içərisindən çıxır. Hündürlüyü çiçək salxımı ilə birlikdə 125-140 sm-dir. Salxımın uzunluğu 25-35 sm olmaqla, üzərində 180-250-yə qədər açıq narıncı rəngli çiçək olur. gövdəsi hamaq olub 125 sm-dən çox olur. Yarpaqları 6-12 ədəd olub, tünd-yaşıl, bəzən gümüşüyə çalan rəngdə olur. Uzunluğu 25-35 sm, eni 3,8-4 sm oluir. Çiçəkyanlığının uzunluğu 2 sm-ə qədər olur, kənarı boyunca bir qədər tüklü, aşağı hissədə qəhvəyi rəngdədir. Çiçəkləmə zamanı çiçək yanlığı 15 mm-ə qədər uzanır, qəhvəyi rəng alır. Ləçəklər geniş zıqırovvari şəklindədir, vərəqləri əsasından ayrıdır, xarici təxminən 10 mm uzunluğunda və 4 mm genişlikdədir. Daxili təxminən 15 mm uzunluğunda və eni 5 mm-dir. Erkəkciklər 12 mm uzunluğa qədər olur. Toxumları iyun ayının axırları yetişir. Toxumlar yetişən zaman salxım üzərində 152 toxum qutucuğu əmələ gəlir. Qutucuq şar şəkilində olub, üzəri qırışıqlıdır, Tək-tək hallarda üzəri hamar olur. Qutucuğun hündürlüyü 0,1-1 sm, diametri 0,6-0,8 sm arası təşkil edir. Bitkinin yerüstü hissəsi tam quruyana qədər qutucuq gövdə üzərində olur. Bir qutucuqda 8 toxum olur. Toxumların forması nahamar, kənarları iti, rəngi alabəzəkdir. Bitkidə 1146 toxum yetişir. 1000 ədəd quru toxumun çəkisi 16,5 qramdır. Bitkinin vegetasiya dövrü 229 gündür.

Təbii yayılması

Azərbaycanın nadir növüdür. Azərbaycanda təbii halda Yevlax rayonu Xaldan kəndi və Füzuli rayonunun Dövlətyarlı kəndindən 3 km aralıda aşkar edilmişdir. Abşeron şəraitində bu növü vegetasiysı iqlimdən asılı olaraq fevralın birinci ongünlüyündə, qönçələrin əmələ gəlməsi aprelin əvvəlində, çiçəkləməsi aprelin üçüncü ongünlüyündə başlayır. Çiçəkləmə 25 gün davam edir.

İstifadəsi

Azərbaycanda çiriş dərman bitkisi kimi qədim zamanlardan istifadə olunur[3]. Üstəlik bu bitkidən müxtəlif yeməklərin hazırlanmasında istifadə edilir. Əsasən Çiriş kətəsi və qutabı hazırlanır. Azərbaycan çirişinin çiçəklərindən yaraşıqlı gül dəstəsi düzəltmək mümkündür. Beləki dekorativ olmaqla suda çiçəklər 8-14 gün qala bilir.

İstinadlar

  1. plantarium.ru. "Eremurus azerbajdzhanicus" (rus). . 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
  2. onlinebotany.az. "Müalicə bitkiləri" (PDF) (az.). . 2023-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-08.
  3. news.milli.az. "Çiriş kətəsinin dadı" (az.). . 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.