Azərbaycan–Seneqal münasibətləri

Azərbaycan–Seneqal münasibətləriAzərbaycan Respublikası ilə Seneqal Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-Seneqal münasibətləri
Azərbaycan və Seneqal
 Azərbaycan  Seneqal
Seneqalin Azərbaycandaki səfirliyi
Səfir Şeyx Qeye[1]
Digər
Quruluş tarixi 14 mart 1996
Dövriyyə 62,01 min doll. (2022)

Diplomatik əlaqələr

İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin martın 14-də qurulmuşdur[2].

Azərbaycan ilə Seneqal arasında əlaqələr əsasən BMTİƏT çərçivəsində mövcud olmuşdur[3].

Fövqəladə və səlahiyyətli səfirlər

Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır.[4] Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri var.

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Sabir Məmməd oğlu Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[5] O, 13 iyul 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[6]

11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.[7]

İqtisadi əlaqələr

Seneqal və Azərbaycan arasında diplomatik münasibətlər olsa da, lakin indiyədək iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr formalaşmayıb.[8] İqtisadiyyatın konkret sahəsi üzrə Seneqalın ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri 2014-cü ilin 7-13 sentyabrında olmuşdur.[9] Həmin vaxt Seneqal Res­publikası İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsi rəhbərinin müavini Aliou Ndiayenin başçılıq etdiyi nümayəndə heyəti[8] ilə Azərbaycan Res­publikasının Dövlət Gömrük Komitə­sin­də keçirilmiş görüşlərdə gömrük işi sa­həsində əlaqələrin vəziyyəti, mövcud im­kan­lar və gələcək perspektivlər müzakirə edilmişdir.[9]

Əmtəə dövriyyəsi (min doll.)

İl İxrac Idxal Ümumi dövriyyəsi
2020[10] 44,90 0,26 45,16
2021[11] 393,75 0,19 393,94
2022[12] 60,93 1,08 62,01

Mədəni əlaqələr

Qardaşlaşmış şəhərlər

Hər iki ölkənin paytaxtları – BakıDakar qardaşlaşmış şəhərlərdir. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. Dakar şəhərinin şərəfinə Azərbaycan paytaxtındakı meydanlardan biri Dakar meydanı adlandırılmışdır. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir[13][14].

"Seneqal panoramı"

Seneqal mövzusu Azərbaycan rəssamı Arif Əzizin yaradıcılığına güclü rəng hissiyyatı, plastika, emosional siluet gözəlliyi, formanın möcüzəli bədiiliyini bağışlamışdır.[15] O, iki dəfə – 19831987-ci illərdə Seneqalda olmuş[16] və həmin diyarın həyatına, memarlıq və təbiətinə həsr etdiyi onlarla baxımlı əsər yaratmışdır.[15] Onun "Seneqal maskaları", "Oyanma", "Dakarda məscid", "Rəqs" və "Seneqal mənzərələri" adlı əsərləri əvvəl Dakarda, daha sonra isə Moskvada, Bakıda uğurla nümayiş olunmuşdur.[16] Həmin vaxt onun "Seneqal panoramı" sərgisi qardaşlaşmış Dakarla Bakının sıx əlaqələrini ifadə edirdi.[16]

İstinadlar

  1. "İlham Əliyev Seneqalın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib". 2024-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.
  2. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  3. Azərbaycan - Seneqal münasibətləri Arxivləşdirilib 2014-08-03 at the Wayback Machine. mfa.gov.az, 14.08.2013  (az.)
  4. Vahid Ömərov. Azərbaycanın Seneqal, Tunis, Mavritaniya, Cənubi Afrika Respublikası, Anqola, Nigeriya və digər Afrika ölkələrilə əməkdaşlığı. sia.az 09.04.2013  (az.)
  5. Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri S.M. Ağabəyovun, iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2007-ci il tarixli, 2207 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  6. S.M.Ağabəyovun Azərbaycan Respublikasının Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında Arxivləşdirilib 2020-06-08 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 2362 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  7. Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri T.İ.Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli, 2587 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  8. Seneqal Gömrük Xidməti Azərbaycan tərəfi ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır. customs.gov.az  (az.)
  9. Aydın Əliyev. Ölkəmizdə bütün sahələrdə, o cümlədən, gömrük işində də davamlı inkişaf təmin edilmişdir Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. customs.gov.az  (az.)
  10. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  11. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  12. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  13. Гасымлы М. Дж. Азербайджан в международных культурных связях (1946-1990 гг.). Тбилиси: Артанучи. 2005. səh. 300. 2010-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-16.
  14. Namiq Quliyev. Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Bakı Xəbər" qəzeti. 11 dekabr 2013, səh. 15.  (az.)
  15. Mehdiyev R. Xəzri sərtliyi, gilavar mehliyi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Azərbaycan" qəzeti, 6 aprel 2008, səh. 8.  (az.)
  16. Savalan Fərəcov. Ağ rəngin işığında: Arif Əziz Arxivləşdirilib 2019-09-04 at the Wayback Machine. "Mədəniyyət" qəzeti. 25 aprel 2012, səh. 10. anl.az  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.