Azərbaycan–Rusiya münasibətləri
Azərbaycan–Rusiya münasibətləri — Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Rusiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Rusiyadakı Azerbaijanın səfirliyi | |||||
Səfir | Polad Bülbüloğlu | ||||
Ünvan | Moskva, Leontyevski döngəsi, 16 | ||||
Azerbaijandakı Rusiyaın səfirliyi | |||||
Səfir | Mixail Boçarnikov | ||||
Ünvan | Bakı, Bakıxanov küç., 17 | ||||
Digər | |||||
Quruluş tarixi | 4 aprel 1992 | ||||
Dövriyyə | 3,71 mlrd doll. (2022) | ||||
Sərhəd | 327,6 km | ||||
Vikianbarda əlaqəli mediafayllar |
2006-cı ildən etibarən Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğludur.[1]
2018-ci ildən etibarən Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov[2] olub.
Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur[3].
Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir.
Azərbaycan Respublikasına Rusiya Prezidenti V.V.Putinin 9-10 yanvar 2001-ci il tarixli rəsmi və 21-22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya Prezidenti D.A.Medvedevin 3-4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri baş verib.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət etməməsi həmin vaxt Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Bakı Slavyan Universitetindəki tədbir zamanı qınanılıb.[4]
22 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası[5] arasında Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzaladılar, hansı ki Azərbaycan və Rusiyanın münasibətlərin “müttəfiqlik səviyyəsinə”[6] çıxması demək idi.
13 oktyabr 2022-ci ildə İlham Əliyev Astanada Vladimir Putinlə görüş çərçivəsində həmçinin qeyd edib ki, Azərbaycan və Rusiyanın münasibətləri “ən yüksək səviyyəyə – müttəfiqlərin qarşılıqlı fəaliyyəti səviyyəsinə çıxıb”.[7]
Hal hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir.[6]
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır.[8] Komissiyanın həmsədrləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və RF Baş nazirinin müavini Aleksey Overçukdur. 26 aprel 2022-ci ildə Bakıda Mustafayev və Overçukun iştirakı ilə Hökumətlərarası komissiyanın sonuncu iclası keçirilib, hansının gedişatında tərəflər Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnun olduqlarını bildiriblər.[9]
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[10]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar Qəhrəmanov olmuşdur[11]. 2020-ci ildən etibarən işçi qrupuna Nizami Səfərov rəhbərlik edir.[12]
Rusiya Federasiyasının Dövlət Dumasında Azərbaycan Respublikasının Parlamenti ilə əlaqələr üzrə deputatlar qrupunun koordinatoru “Vahid Rusiya” fraksiyasının rəhbərinin müavini İvan Kvitkadır.[13]
16 aprel 2001-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq haqqında” Sazişə əsasən AR MM və RF FM-nin əməkdaşlığı üzrə Parlamentlərarası Komissiya təsis edilmişdir. Onun iş qaydaları 21 oktyabr 2004-cü il tarixində təsdiq edilmiş Reqlament ilə müəyyən olunmuşdur. Komissiyanın tərkibinə Milli Məclisdən 20 nəfər, Federasiya Şurasından 12 nəfər və Dövlət Dumasından 10 nəfərdən daxildir. Komissiyanın həmsədrləri RF-nın Federasiya Şurası və AR-nın Milli Məclisi sədrinin müavinləridir.[14] Komissiyanın sonuncu iclası 22 iyun 2022-ci ildə Moskvada Federasiya Şurasının sədr müavini Qalina Karelova və çıxışında Azərbaycan və Rusiyanın çoxəsrli əlaqələri haqqında xatırladan Azərbaycan Respublikası Milli Məclisinın birinci sədr müavini Əli Hüseynlinin rəhbərliyi ilə keçirilib.[15]
Azərbaycan və Rusiya həmçinin MDB Parlamentlərarası Assambleyası (MDB PAA) çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. 28 oktyabr 2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Səmərqənddə Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüş keçirib və qeyd edib ki, MDB PAA ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşdirilməsi üçün mühüm meydançadır, və bu istiqamətdə əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında münasibətlərin genişlənməsinə töhfə verir.[16]
Mədəni əlaqələr
Rusiya ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələr artan xətt üzrə inkişaf edir. 2005-ci ildə Rusiyada Azərbaycan ili, 2006-cı ildə isə Azərbaycanda Rusiya ili çərçivəsində ümumilikdə 110 tədbir keçirilib. 2006-cı ilin dekabrında 2007-2009-cu illər üçün humanitar sahədə əməkdaşlıq üzrə Dövlətlərarası proqram qəbul olunub.
Moskvada, XTNS (VDNX) məkanında, 1939-cu ildə tikilmiş “Azərbaycan” pavilyonu fəaliyyət göstərir. 2019-cu il noyabrın 23-də yenilənmiş “Azərbaycan” pavilyonunun açılış mərasimi keçirilib, hansında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak etmişdir.[17] Meydançada mütəmadi olaraq müxtəlif mədəni tədbirlər keçirilir. Məsələn, 10-11 sentyabr 2022-ci ildə pavilyonda Moskva Gününə həsr olunmuş “Moskva-Bakı: sevginin iki şəhəri” festivalı keçirilib.[18]
Ölkələr bir-birinin mədəniyyətinə qarşılıqlı maraq və hörmət göstərirlər. 11-13 oktyabr 2019-cu ildə Bakıda Rusiya Mədəniyyəti Günləri keçirilib.[19] 20 fevral – 1 martda Moskvada Rusiya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş “Moskvada Azərbaycan günləri” Azərbaycan mədəniyyəti festivalı keçirilmişdir.[20]
2007-ci ildə Rusiya öz ali məktəblərində müxtəlif hazırlıq növlərinə Azərbaycana 178 dövlət təqaüdü ayırıb. 2008-ci ildə 198, 2009-cu ildə isə artıq 284 təqaüd ayrılıb.
Hal hazırda Bakıda iki Rusiya ali təhsil müəssisəsi - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti[21] və APT FDMTM İ. M. Seçenov adına Birinci MDTU filialları fəaliyyət göstərir.[22] İkili diplom proqramlarının həyata keçirilməsində MDBMİ[23] və Ali İqtisadiyyat Məktəbi[24] iştirak edir. Bundan əlavə, Azərbaycanda 340-a yaxın rusdilli məktəb işləyir, hansılarda 140 mindən çox uşaq təhsil alır.[25] Bu zaman rus dilinin xarici dil kimi tədrisi Azərbaycanın 3 mindən çox məktəbində həyata keçirilir.[26]
Hazırda Rusiyada təxminən 11 min azərbaycanlı tələbə təhsil alır.[27] 2022-2026-cı illərdə Azərbaycanlıların xarici universitetlərdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Rusiya universitetlərini Azərbaycan vətəndaşlarının təhsili üçün üstün universitetlər siyahısına daxil edib.[28] 2023/2024-cü tədris ili üçün Azərbaycan vətəndaşları üçün Rusiyanın ali məktəblərində təhsil almaq üçün kvota 270 nəfər müəyyən edilib.[29] Rusiyada 2009-cu ildən[30] Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Assosiasiyası (RAGT)[31] fəaliyyət göstərir.
Ticari-iqtisadi münasibətlər
Azərbaycanla Rusiya sıx ticari-iqtisadi münasibətlərə malikdirlər. 2022-ci ilin 10 ayının yekunlarına görə Azərbaycan ilə Rusiya arasında mal dövriyyəsi $2,8 milyard təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 22,3 faiz çoxdur.[32] Bu dövrdə RF ilə ticarət əməliyyatlarının payına respublikanın xarici ticarət dövriyyəsinin cəmi 6,19%-ni təşkil etmişdir.[32] 2021-ci ilin yekunu üzrə Azərbaycan ilə Rusiya arasında mal dövriyyəsi əvvəlki illə müqayisədə 12,1% artıb və $2,99 milyarda çatıb.[33] 2021-ci ildə Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83%-ni təşkil edib.[33]
Rusiya Azərbaycandan əsasən qeyri-neft məhsulları idxal edir: 2022-ci ilin sentyabrında Rusiya Azərbaycandan $74,6 milyon dəyərində məhsul alaraq qeyri-neft sektoru mallarının ən böyük idxalçıları siyahısında birinci yeri tutub.[34] Cəmi 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan RF-na $602,2 milyon dəyərində qeyri-neft məhsulları ixrac edib.[34] Öz növbəsində Azərbaycan Rusiyadan geniş çeşiddə məhsullar alır. Belə ki, 2021-ci ildə Rusiyanın Azərbaycana ixracının strukturunda 32,8% ərzaq məhsulları və kənd təsərrüfatı xammalının payına düşüb.[35] Xüsusilə, Azərbaycan tərəfindən alınan buğdanın 95%-dən çoxu Rusiyadan idxal edilib, Azərbaycan isə 2022/2023-cü kənd təsərrüfatı ilində Rusiyadan 1,5 milyon tona qədər buğda idxal etməyə ümid edir.
RF Hökumətinin məlumatına görə, 2022-ci ilin noyabrına olan məlumata görə, Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir, onların dörddə birinin ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri var.[27]
İnvestisiyalar
Azərbaycan iqtisadiyyatına 2022-ci ilin əvvəlinə Rusiya tərəfindən qoyulan investisiyaların ümumi həcmi $6,3 milyard təşkil edib ki, onlardan $5 milyard neft sektoruna yatırılıb.[39]
Hal hazırda Azərbaycanda 1 mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir.[40]
Rusiyaya Azərbaycan investisiyaları $1,5 milyard təşkil edir.[41]
Turizm
2022-ci ildə Rusiyadan Azərbaycana turist axını 80%-dək artıb.[42] Rusiya Turoperatorları Assosiasiyasının (RTOA) məlumatına görə, 2022-ci ilin birinci yarısında Azərbaycana turist axınına görə Rusiya birinci yeri tutub.[43] 2022-ci ilin üç rübü ərzində 54,9 min rusiyalı Azərbaycana turizm məqsədilə səfər edib.[44]
2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarının sayı 21,2% artıb və 196,6 min nəfər olub.[45]
İmzalanan müqavilələr
2010
Sentyabr
03.09.2010[46] -
- Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev - "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə".
- Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Miller - "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısı üzrə müqaviləyə 4 saylı əlavə Saziş".
- Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Yuri Trutnev - "Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında Saziş"
- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov - "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin keçid xəttinin izahatı haqqında Sənəd".
Diaspora
2010-cu il Rusiya ümumrusiya əhalinin siyahıyaalınmasının nəticələrinə görə 603 min azərbaycanlı yaşayırdı.[47] Qeyri-rəsmi məlumatlara görə Rusiyada azərbaycanlıların sayı 2 milyonu keçib.[48]
Rusiyada 1 oktyabr 1999-cu ildən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (FNKA AzerRos) fəaliyyət göstərir.[49] 2022-ci ildə FNKA AzerRos-un Federal Şurasının sədri Mehriban Sadıqova dövlət milli siyasətinin həyata keçirilməsində xidmətlərinə görə Rusiya Federasiyası Prezidentinin təşəkkür məktubu ilə təltif edilib.[50]
2017-ci ilə qədər Azərbaycanda təxminən 120 min rus yaşayırdı.[51]
Azərbaycanın Rus İcması 5 may 1993-cü ildə yaradılıb, onun sədri Rusiya Həmvətənlərinin Beynəlxalq Şurasının idarə heyətinin üzvü, Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelindir.[52][53]
Azərbaycan rusları
Rusiya azərbaycanlıları
İdman sahəsində əməkdaşlıq
Futbol qarşılaşmaları
Voleybol qarşılaşmaları
Mənbə
- Rusiya Azərbaycan münasibətləri Arxivləşdirilib 2012-05-10 at the Wayback Machine
İstinadlar
- "Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri təyin edildi" (az.). az.trend.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib" (az.). president.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- "Putin bir dəfə üzrxahlıq edib - o da Heydər Əliyev qarşısında!". BAKU.WS - Azərbaycanın xəbər saytı (rus). 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-27.
- "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" (az.). president.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Prezident İlham Əliyev: Moskva Bəyannaməsi uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir" (az.). yeniazerbaycan.com. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub" (az.). president.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Prezident İlham Əliyev: Moskva Bəyannaməsi uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir" (az.). yeniazerbaycan.com. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Bakıda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası keçirilib" (az.). azertag.az. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (az.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı" (az.). azertag.az. 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Группы по связям с зарубежными парламентами" (rus). duma.gov.ru. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Межпарламентские комиссии" (rus). duma.gov.ru. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "MPs of Russia and Azerbaijan Highly Appreciated Interaction Within IPA CIS" (ingilis). iacis.ru. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb" (az.). www.meclis.gov.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Birinci vitse-prezident Mehriban Əliyeva Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan "Azərbaycan" pavilyonunun açılış mərasimində iştirak edib" (az.). president.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- ""Azərbaycan" pavilyonunda "Moskva-Bakı: iki sevgi şəhəri" festivalı keçirilib" (az.). azertag.az. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "В Азербайджане пройдут Дни культуры России" (rus). interfax.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "В Москве начались Дни культуры Азербайджана" (rus). zerkalo.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Филиал Московского государственного университета имени М.В.Ломоносова в городе Баку" (rus). msu.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Бакинский филиал Первого Московского государственного медицинского университета имени И.М. Сеченова" (rus). sechenov.edu.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ADA Universiteti tərəfindən "MBA Finance" proqramının dinləyiciləri üçün modul açılıb" (az.). azertag.az. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "UNEC-in 9-cu ikili diplom proqramı" (az.). www.muallim.edu.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub" (az.). president.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Rus dili Azərbaycanda öz populyarlığını qoruyur - Nazir müavini" (az.). sputnik.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Михаил Мишустин принял участие в работе XI Российско-Азербайджанского межрегионального форума" (rus). government.ru. 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- ""2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində təhsil üçün prioritet ixtisas sahələrinə uyğun təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısı - 2023/24" (PDF) (az.). dp.edu.az. 2022-11-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-22.
- "Азербайджанцы могут бесплатно обучаться в вузах России. ВИДЕО" (rus). aze.az. İstifadə tarixi: 2022-11-22.
- "Устав" (rus). amor.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Амор" (rus). amor.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "10 ay ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 22% artıb" (az.). interfax.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Azərbaycanla Rusiya arasında ilin birinci yarısı ticarət dövriyyəsi 17,1 faiz artıb" (az.). report.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Bu il Azərbaycan ən çox qeyri-neft məhsullarını Rusiya və Türkiyəyə ixrac edib" (az.). report.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Торговля между Россией и Азербайджаном в 2021 г." (rus). russian-trade.com. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
- "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
- AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-23.
- "Rusiya Azərbaycan iqtisadiyyatına $6.3 milyard investisiya qoyub" (az.). banker.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Rusiya Azərbaycan iqtisadiyyatına $6.3 milyard investisiya qoyub" (az.). banker.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Азербайджан инвестировал в экономику России 1,5 млрд. долларов" (rus). margin.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Встреча Михаила Мишустина с Президентом Азербайджана Ильхамом Алиевым" (rus). government.ru. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Туроператоры: спрос на летний отдых в Азербайджане вырос вдвое" (rus). www.atorus.ru. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Azərbaycana üç rübdə 55 minə yaxın rus turisti səfər edib" (az.). baku.news. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Azərbaycandan turist axını 2 dəfəyə yaxın artıb" (az.). report.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Azərbaycan-Rusiya sənədləri imzalanmışdır". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-16.
- "Национальный состав населения" (PDF) (rus). www.gks.ru. 2021-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-22.
- "ЧИСЛЕННОСТЬ АЗЕРБАЙДЖАНЦЕВ, ПРОЖИВАЮЩИХ ЗА ПРЕДЕЛАМИ АЗЕРБАЙДЖАН" (rus). azerbaijan.az. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Из истории" (rus). fnkaa.ru. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Мехрибан Садыгову наградили Благодарственной Грамотой Президента Российской Федерации" (rus). fnkaa.ru. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Azad Rəhimov: "Azərbaycanda 120 min rus yaşayır"" (az.). kaspi.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Русская община Азербайджана" (rus). roa.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "ZABELİN Mixail Yuryeviç" (az.). meclis.gov.az. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
Xarici keçidlər
- Rusiyadakı Azerbaijanın səfirliyi Rəsmi sayti
- Azerbaijandakı Rusiyaın səfirliyi Rəsmi sayti
- Azərbaycan-Rusiya İşgüzar Şurasının saytı (az.) (rus.)