Azərbaycan–Honduras münasibətləri
Azərbaycan–Honduras münasibətləri — Azərbaycan Respublikası ilə Honduras Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Honduras münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 22-də qurulmuşdur[1].
Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Honduras Respublikasına da akkreditə olunmuşdur[2].
İqtisadi əlaqələr
Ticarət
2015-ci ildə Hondurasdan Azərbaycana idxal 2,7 min ABŞ dolları məbləğində olmuş, ixrac əməliyyatları isə qeydə alınmamışdır[3].
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında cəmi 1 sənəd imzalanmışdır[2].
İdman sahəsində əməkdaşlıq
Futbol qarşılaşmaları
İstinadlar
- Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- Azərbaycan Respublikası və Honduras Respublikası arasındakı münasibətlər. mfa.gov.az, fevral 2016 (az.)
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycanın Xarici Ticarət Əlaqələri (yanvar-dekabr 2015). 2015-ci ilin yanvar-dekabr aylarında idxal və ixraca dair göstəricilər Arxivləşdirilib 2016-11-13 at the Wayback Machine. Bakı, 2016, səh. 9. (az.)