Azərbaycan–Estoniya münasibətləri

Azərbaycan–Estoniya münasibətləriAzərbaycan Respublikası ilə Estoniya arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə bir müddət Rusiya imperiyasınınSSRİ-nin bir hissəsi olmuşdur. Azərbaycanın Tallin şəhərində səfirliyi mövcuddur. Amma, Estoniya Azərbaycan ilə Estoniyanın Ankaradakı (Türkiyə) səfirliyi vasitəsilə əlaqə saxlayır. Hər iki ölkə Avropa Şurası-nın və ATƏT-in tam hüquqlu üzvüdür. Azərbaycan Gürcüstan ilə birlikdə Estoniyanın Cənubi Qafqazda müttəfiqidir. Estoniyada təxminən 2500 azərbaycanlı yaşayır.[1]

Azərbaycan–Estoniya münasibətləri
Azərbaycan və Estoniya
 Azərbaycan  Estoniya
Estoniyadaki Azərbaycanin səfirliyi
Səfir Anar Məhərrəmov
Ünvan Tallin, Pirita tee 20/2, 10127
Türkiyədəki Estoniyanin səfirliyi
Səfir Annely Kolk
Ünvan Ankara, Çankaya, Qaziosmanpaşa, Gölgeli Sok., 16 100 Yıl Mahallesi 06700
Digər
Quruluş tarixi 20 aprel 1992
Dövriyyə 0,009 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Diplomatik əlaqələr

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 20-də qurulmuşdur[2].

Siyasi münasibətlər

Azərbaycanın Estoniya Hökumətinə birinci səfəri 1996-cı ildə baş tutmuşdur. Səfərdən bir neçə gün əvvəl Estoniyanın Xarici İşlər Naziri Siym Kallas Azərbaycana rəsmi səfər etmişdir və bir sıra bəyanatlar imzalamışdır. 2000-ci ildə Azərbaycanın Milli Məclisində Azərbaycan-Estoniya parlamentlərarası işçi qrupu yaradılmışdır.[3] Estoniya Azərbaycanın Avropa Şurasında iştirakını və Avro-Atlantik strukturuna Azərbaycanın inteqrasiyasını dəstəkləyir.[4] Estoniya prezidenti Tomas İlves 2009-cu ildə Azərbaycana rəsmi səfər etmişdir. 2010-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Estoniyaya səfər etmişdir.[5] Estoniya Dağlıq qarabağla bağlı olan məsələləri dəstəkləyir və danışıqların sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Estoniyanın keçmiş Xarici İşlər Naziri Kristina Oyland bildirir ki, Dağlıq Qarabağ azərbaycanın ayrılmaz bir parçasıdır.[6] Azərbaycan Estoniya ilə viza rejimini ləğv etmişdir. Estoniya həmçinin NATO-nun sülh missiyaları çərçivəsində Azərbaycan ilə əməkdaşlıq edir.[7] Azərbaycan yüksək səviyyədə siyasi dialoqları genişləndirir.

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[8]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Yusif Vəkilov olmuşdur[9]. Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır[10]. 4 mart 2016-cı il tarixindən Hacı Salayev işçi qrupunun rəhbəridir[8].

Viza

Estoniyaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir[11]. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir[11].

İqtisadi əməkdaşlıq

Son illərdə iqtisadi münasibətlər o qədər də əhəmiyyət kəsb etmir, amma onlar böyük potensiala malikdirlər. Hər iki ölkə İnformasiya texnologiyalarıbank işi sahəsində yaxından əməkdaşlıq edir.[12]

Əmtəə dövriyyəsi (min doll.)

İl İxrac Idxal Ümumi dövriyyəsi
2020[13] 1 593,33 3 250,21 4 843,54
2021[14] 1 796,74 4 334,63 6 131,37
2022[15] 2 234,89 7 158,29 9 393,18

Mədəni əlaqələr

1990-cı ildən Tallində Azərbaycan Bazar məktəbi fəaliyyət göstərir. Şərq Mədəniyyəti Universitenin bir filialı da Estoniyada yerləşir. Bu universitet Zərifə Əliyevanın adını daşıyır.[16]

İdman sahəsində əməkdaşlıq

Futbol qarşılaşmaları

Həmçinin bax

İstinadlar

  1. "Azerbaijani diaspora in Estonia". 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
  2. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  3. "Azərbaycan Respublikasının Milli Məclis qərarı". 2012-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
  4. "Estonian-Azerbaijani foreign relations". 2011-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
  5. "Azerbaijani President Ilham Aliyev is on state visit to Estonia". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
  6. "Karabakh 'inseparable part of Azerbaijan'". 2019-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
  7. "Elmar Mamedyarov: «Azerbaijan is ready to cancel visa regime with Estonia»". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
  8. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  9. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  10. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2020-08-27 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  11. "Passport and visa requirements" Arxivləşdirilib 2017-03-11 at the Wayback Machine. olympicair.com
  12. "Azerbaijan, Estonia to expand cooperation". 2015-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
  13. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  14. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  15. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  16. "Estoniya Hökümətinin Qərarı ilə Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti təhsis olunub". 2012-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.