Azərbaycan–Ermənistan sərhəd böhranı

Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyasıdemarkasiyası zamanı yaranan sərhəd anlaşılmazlığıdır. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir.[14] Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir.[15]

Azərbaycan-Ermənistan sərhəd böhranı
Tarix 12 may 2021 — h.h.
Yeri Azərbaycan–Ermənistan sərhədinin cənub hissəsi
Nəticəsi Azərbaycan Azərbaycan–Ermənistan sərhədində SünikGeğarkunik mərzilərin bəzi ərazilərini ələ keçirib.
Münaqişə tərəfləri

 Azərbaycan

 Ermənistan

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov
Azərbaycan Kərim Vəliyev
Azərbaycan Kərəm Mustafayev

Ermənistan Nikol Paşinyan
Ermənistan Armen Sarkisyan
Ermənistan Vaqarşak Harutunyan
Ermənistan Artak Davtyan

İtkilər

Azərbaycan mənbələrinə əsasən:


Ermənistan mənbələrinə əsasən:

Ermənistan mənbələrinə əsasən:


Azərbaycan mənbələrinə əsasən:

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
    Ermənistanın iddiasına görə Azərbaycanın ələ keçirdiyi Ermənistan torpaqları (2023)

    Zəmin

    Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır.[16]

    Hadisələr

    May 2021

    Azərbaycan–Ermənistan sərhəd toqquşması (May 2021)

    İyul 2021

    İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Fərman Yaqublu Telman oğlu şəhid olmuşdur.[17] Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində qarşı tərəf susdurulmuşdur.

    Noyabr 2021

    16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

    Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlamışdır.

    Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum etmişdir.

    Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub.

    Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilmişdir.[18]

    Sentyabr 2022

    Həmçinin bax

    İstinadlar

    1. "Azerbaijani soldier killed by Armenian sniper in Karabakh region". Daily Sabah. 15 October 2021. 26 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2021.
    2. "Azerbaijan says solider killed by Armenian sniper across border". Reuters. 23 July 2021. 23 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2021.
    3. "Döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub". Müdafiə Nazirliyi. 17 Noyabr 2021. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Noyabr 2021.
    4. "Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların SİYAHISI". Azərbaycan Respublikası Müdafiyə Nazirliyi (az.). 15 Sentyabr 2022. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 Sentyabr 2022.
    5. "Naxçıvanda yenidən atışma oldu, Ordumuzun baş leytenantı yaralandı". Marja.az. 16 July 2021. 24 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2021.
    6. "Three Armenian servicemen killed in ongoing Azerbaijani attacks". Armenpress. 28 July 2021. 28 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2021.
    7. "Russia Says Negotiated Ceasefire in Deadly Armenia-Azerbaijan Border Clashes". The Moscow Times (ingilis). 13 Sentyabr 2022. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Sentyabr 2022.
    8. "Injuries on both sides reported after clashes at Armenian-Azerbaijani border". 22 May 2021. 2 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2021.
    9. "Eleven Armenian soldiers injured in a fight with Azerbaijani soldiers". 25 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2021.
    10. Ghazanchyan, Siranush. "Three soldiers wounded as Azerbaijan fires at Armenian positions in Gegharkunik". Public Radio of Armenia. 23 July 2021. 23 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2021.
    11. "Минобороны Армении: "У армянской стороны трое погибших, двое военнослужащих ранены"". Armenpress (rus). 28 July 2021. 28 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2021.
    12. "Минобороны: "Четверо военнослужащих получили ранения в направлении Гегаркуника"". Armenian Report (rus). 28 July 2021. 28 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2021.
    13. "Azerbaijan captures six Armenian troops on border". BBC News. 27 May 2021. 18 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2021.
    14. www.bbc.com. "Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir" (az.). 12 May 2021. 23 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2021.
    15. mfa.gov.az. "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin məlumatı". mfa.gov.az (az.). 13 may 2021. 25 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2021.
    16. "Пашинян заявил о решимости разобраться с Карабахом". Московский Комсомолец. 20 May 2021. 21 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2021.
    17. "Ermənilər Kəlbəcərdə hərbçimizi snayperlə vurdu - Şəhidimiz var". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
    18. "Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribat törədib". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-17.

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.