Azərbaycan–İtaliya münasibətləri
Azərbaycan–İtaliya münasibətləri — Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-İtaliya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycanin İtaliyadaki səfirliyi | |||||
Səfir | Rəşad Aslanov[1] | ||||
Ünvan | Roma, Giovanni Battista de Rossi küç., Torloniya villası | ||||
İtaliyanin Azərbaycandaki səfirliyi | |||||
Səfir | Klaudio Taffuri[2] | ||||
Ünvan | Bakı, Xaqani küçəsi, 77a | ||||
Digər | |||||
Quruluş tarixi | 8 may 1992 | ||||
Dövriyyə | 18,123 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımışdır.
Tarixi
AXC dövrü
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Molokanskaya küçəsi 35 ünvanında İtaliyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Enriko Ensom rəhbərlik etmişdir.[3]
Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur.[4]
1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının İtaliyadakı hazırkı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti C.Napolitanoya 8 fevral 2011-ci il tarixində təqdim etmişdir. İtaliyanın ölkəmizdəki səfiri M.Baldi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 23 oktyabr 2009-cu ildə təqdim etmişdir.
İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.[5]
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.[6] Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şəfiqə Məmmədova olmuşdur.[7] 4 mart 2016-cı il tarixindən Azər Kərimli işçi qrupunun rəhbəridir.[6]
İtaliya Senatında yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri isə xanım Rossana Boldidir.
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında 30 sənəd imzalanmışdır.
- Yüksək səviyyəli qarşılıqlı səfərlər
- 1997-ci il 24–27 sentyabr — Prezident H.Əliyevin rəsmi səfəri
- 2005-ci il 24–26 fevral — Prezident İ.Əliyevin rəsmi səfəri
- 2008-ci il 25–26 noyabr — Prezident İ.Əliyevin rəsmi səfəri
- 2011-ci il 2 iyun — İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə Prezident İ.Əliyevin səfəri
İqtisadi əlaqələr
İdman sahəsində əməkdaşlıq
Futbol qarşılaşmaları
Səfirliklər
Azərbaycanın İtaliyada:
- Romada Azərbaycan səfirliyi
İtaliyanın Azərbaycanda:
- Bakıda İtaliya səfirliyi
Voleybol qarşılaşmaları
Həmçinin bax
Mənbə
- Azərbaycan-İtaliya münasibətləri Arxivləşdirilib 2013-09-06 at the Wayback Machine
İstinadlar
- "R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-28.
- "İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-11.
- Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri Arxivləşdirilib 2018-05-27 at the Wayback Machine. axc.preslib.az (az.)
- Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış Arxivləşdirilib 2017-05-26 at the Wayback Machine. lib.aliyevheritage.org, 31.01.2009 (az.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (az.)
- "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
- "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
- AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-20.
Xarici keçidlər
- Azərbaycanin İtaliyadaki səfirliyi Rəsmi sayti
- İtaliyanin Azərbaycandaki səfirliyi Rəsmi sayti
- Azərbaycan - İtaliya münasibətləri
- azembassy.it — Azərbaycan–İtaliya münasibətlərinin rəsmi saytı