Azərbaycanın fəxri adları
Azərbaycanın fəxri adları — Azərbaycan Respublikasının dövlət təltifi. Fəxri ad bir fəxri nişan ilə birlikdə təltif olunur.[1]
(2009–indiyə kimi)
Azərbaycan SSR-də
Sovet Azərbaycanında ümumittifaq miqyasında fəxri adlarla yanaşı, müxtəlif fəaliyyət sahələrində fəxri adlar verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə isə 45 fəxri ad müəyyən edilmişdir.
- Əməkdar incəsənət xadimi (25 mart 1928 – 5 fevral 1991)
- Əməkdar elm xadimi (25 mart 1928 – 5 fevral 1991)
- Əməkdar elm və texnika xadimi (25 mart 1928 – 5 fevral 1991)
- Xalq artisti (28 iyul 1928 – 5 fevral 1991)
- Əməkdar artist (28 iyul 1928 – 5 fevral 1991)
- Əməkdar həkim (28 fevral 1940 – 5 fevral 1991)
- Əməkdar məktəb müəllimi (28 fevral 1940 – 18 may 1959)
- Pambıq ustası (23 may 1940 – 26 avqust 1983)
- Neft ustası (19 avqust 1940 – 26 avqust 1983)
- Xalq rəssamı (2 avqust 1944 – 5 fevral 1991)
- Əməkdar baytar həkimi (11 iyul 1949 – 5 fevral 1991)
- Əməkdar zootexnik (11 iyul 1949 – 26 avqust 1983)
- Əməkdar aqronom (10 dekabr 1951 – 5 fevral 1991)
- Əməkdar kitabxanaçı (23 dekabr 1955 – 26 avqust 1983)
- Xalq şairi (23 yanvar 1956 – 5 fevral 1991)
- Əməkdar peşə-texnika təhsili ustası (19 sentyabr 1956 – 26 avqust 1983)
- Əməkdar texniki təhsil müəllimi (19 sentyabr 1956 – 18 may 1959)
- Əməkdar kənd təsərrüfatı mexanizatoru (6 iyun 1957 – 5 fevral 1991)
- Əməkdar kollektiv (13 iyun 1958 – 5 fevral 1991)
- Əməkdar müəllim (18 may 1959 – 5 fevral 1991)
- Əməkdar metallurq (18 may 1959 – 26 avqust 1983)
- Əməkdar mühəndis (18 may 1959 – 5 fevral 1991)
- Əməkdar irriqator (18 may 1959 – 26 avqust 1983)
- Əməkdar ixtiraçı (9 oktyabr 1959 – 5 fevral 1991)
- Əməkdar səmərələşdirici (9 oktyabr 1959 – 5 fevral 1991)
- Əməkdar inşaatçı (18 may 1959 – 5 fevral 1991)
- Tütün ustası (3 fevral 1960 – 26 avqust 1983)
- Çay ustası (3 fevral 1960 – 26 avqust 1983)
- Suvarma ustası (3 fevral 1960 – 26 avqust 1983)
- Tətbiqi incəsənət ustası (7 may 1960 – 5 fevral 1991)
- Xalq yazıçısı (26 mart 1960 – 5 fevral 1991)
- Maşınla pambıq yığımı (yığma) ustası (26 noyabr 1960 – 26 avqust 1983)
- Əməkdar bədən tərbiyəsi və idman xadimi (26 mart 1962 – 26 avqust 1983)
- Əməkdar rəssam (15 aprel 1964 – 5 fevral 1991)
- Usta-üzümçü (Üzümçülük ustası) (14 may 1964 – 26 avqust 1983)
- Usta-qarğıdalıçı (Qarğıdalı ustası) (14 may 1964 – 26 avqust 1983)
- Usta-tərəvəzçi (Tərəvəzçilik ustası) (14 may 1964 – 26 avqust 1983)
- Əməkdar qoyunçu (14 may 1964 – 26 avqust 1983)
- Əməkdar bağban (14 may 1964 – 26 avqust 1983)
- Əməkdar heyvandar (14 may 1964 – 5 fevral 1991)
- Əməkdar iqtisadçı (9 iyun 1964 – 5 fevral 1991)
- Əməkdar rabitəçi (16 iyul 1965 – 5 fevral 1991)
- Əməkdar poliqrafçı (20 oktyabr 1966 – 26 avqust 1983)
- Əməkdar ticarət işçisi (28 iyun 1966 – 5 fevral 1991)
- Əməkdar hüquqşünas (hüquqçu) (28 yanvar 1966 – 5 fevral 1991)
- Əməkdar mədəniyyət işçisi (27 fevral 1967 – 5 fevral 1991)
- Əməkdar arxitektor (14 avqust 1974 – 5 fevral 1991)
- Əməkdar geoloq (20 iyul 1977 – 5 fevral 1991)
- Əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (20 iyul 1977 – 26 avqust 1983)
- Əməkdar səhiyyə işçisi (16 mart 1978 – 5 fevral 1991)
- Əməkdar kənd təsərrüfatı mühəndisi (16 iyun 1978 – 5 fevral 1991)
- Əməkdar nəqliyyat işçisi (1 sentyabr 1978 – 5 fevral 1991)
- Əməkdar balıqçı (8 yanvar 1980 – 26 avqust 1983)
- Əməkdar ali məktəb işçisi (20 may 1980 – 5 fevral 1991)
- Gənclərin əməkdar hami tərbiyəçisi (12 avqust 1980 – 5 fevral 1991)
- Əməkdar təbliğatçı (21 oktyabr 1980 – 5 fevral 1991)
- Əməkdar balıqçılıq təsərrüfatı işçisi (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar energetiki (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar sənaye işçisi (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar bədən tərbiyəsi və idman işçisi (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar texniki peşə təhsili işçisi (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar neft və qaz sənayesi işçisi (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar meliorator və irriqator (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar kənd təsərrüfatı işçisi (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar meşə təsərrüfatı işçisi (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar təbiəti mühafizə işçisi (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar maşınqayıran (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar jurnalist (26 avqust 1983 – 5 fevral 1991)
- Əməkdar konstruktor (16 sentyabr 1985)
- Əməkdar texnoloq (16 sentyabr 1985)
- Əməkdar əczaçı (provizor) (9 aprel 1987 – 5 fevral 1991)
Azərbaycan Respublikasında
1991–1993-cü illərdə
5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etdikdən sonra fəxri adlar barədə heç bir hüquqi sənəd qəbul olunmamışdı. Buna baxmayaraq, 1991–1993-cü illərdə sovet dövrünün bir sıra fəxri adlarının verilməsi davam etmişdi. 1993–1998-ci illərdə isə heç bir fəxri ad təqdim olunmamışdır.
- Əməkdar incəsənət xadimi (5 fevral 1991-ci ildən)
- Əməkdar elm xadimi (5 fevral 1991-ci ildən)
- Əməkdar elm və texnika xadimi (5 fevral 1991-ci ildən)
- Xalq artisti (5 fevral 1991-ci ildən)
- Əməkdar artist (5 fevral 1991-ci ildən)
- Əməkdar həkim (5 fevral 1991-ci ildən)
- Xalq rəssamı (5 fevral 1991-ci ildən)
- Əməkdar baytar həkimi (5 fevral 1991-ci ildən)
- Əməkdar aqronom (5 fevral 1991-ci ildən)
- Əməkdar kənd təsərrüfatı mexanizatoru (5 fevral 1991-ci ildən)
- Əməkdar kollektiv (5 fevral 1991-ci ildən)
- Əməkdar müəllim (5 fevral 1991-ci ildən)
- Əməkdar mühəndis (5 fevral 1991-ci ildən)
- Əməkdar ixtiraçı (5 fevral 1991-ci ildən)
- Əməkdar səmərələşdirici (5 fevral 1991-ci ildən)
- Əməkdar inşaatçı (5 fevral 1991-ci ildən)
- Xalq yazıçısı (5 fevral 1991-ci ildən)
- Əməkdar rəssam (5 fevral 1991-ci ildən)
- Əməkdar heyvandar (5 fevral 1991-ci ildən)
- Əməkdar iqtisadçı (5 fevral 1991-ci ildən)
- Əməkdar rabitəçi (5 fevral 1991-ci ildən)
- Əməkdar ticarət işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar hüquqşünas (5 fevral 1991-ci ildən)
- Əməkdar mədəniyyət işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar arxitektor (5 fevral 1991-ci ildən)
- Əməkdar geoloq (5 fevral 1991-ci ildən)
- Əməkdar kənd təsərrüfatı mühəndisi (5 fevral 1991-ci ildən)
- Əməkdar səhiyyə işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar nəqliyyat işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar ali məktəb işçisi (5 fevral 1991-ci ildən)
- Gənclərin əməkdar hami tərbiyəçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar təbliğatçı (5 fevral 1991-ci ildən)
- Əməkdar balıqçılıq təsərrüfatı işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar energetik (5 fevral 1991-ci ildən)
- Əməkdar sənaye işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar bədən tərbiyəsi və idman işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar texniki peşə təhsili işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar neft və qaz sənayesi işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar meliorator və irriqator (5 fevral 1991-ci ildən)
- Əməkdar kənd təsərrüfatı işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar meşə təsərrüfatı işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar təbiəti mühafizə işçisi (5 fevral 1991-ci ildən)
- Əməkdar maşınqayıran (5 fevral 1991-ci ildən)
- Əməkdar jurnalist (5 fevral 1991-ci ildən)
- Əməkdar provizor (5 fevral 1991-ci ildən)
Hazırkı dövrdə
22 may 1998-ci ildə Azərbaycan Respublikasının fəxri adları yenidən təsis edilmiş, əsasnaməsi isə 14 may 1999-cu ildə təsdiq edilmişdir.[1]
- Azərbaycan Respublikasının xalq yazıçısı (22 may 1998)
- Azərbaycan Respublikasının xalq şairi (22 may 1998)
- Azərbaycan Respublikasının xalq artisti (22 may 1998)
- Azərbaycan Respublikasının xalq rəssamı (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar elm xadimi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar artisti (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar rəssamı (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar müəllimi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar həkimi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar memarı (19 aprel 2000)
- Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (22 noyabr 2005)
- Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (4 mart 2005)
- Azərbaycan Respublikasının əməkdar jurnalisti (14 iyul 2005)
- Azərbaycan Respublikasının əməkdar mühəndisi (21 iyul 2005)
- Azərbaycan Respublikasının əməkdar hüquqşünası (22 noyabr 2005)
- Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi (9 oktyabr 2008)
- Azərbaycan Respublikasının əməkdar pilotu (3 may 2010)
- Azərbaycan Respublikasının əməkdar tibb işçisi (6 iyul 2012)
Ədəbiyyat
- Фәхри ад // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 540–541.
- Звания почётные // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
İstinadlar
- "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2015-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.
Xarici keçidlər
- Награды, медали, значки и почетные звания Республики Азербайджан Управление делами Президента Азербайджанской Республики
- Azərbaycan Respublikasının ordenləri, medalları, döş nişanlari və fəxri adları Управление делами Президента Азербайджанской Республики (az.)