Azərbaycanın ağsaqqalları (film, 1969)

Azərbaycanın ağsaqqalları qısametrajlı sənədli filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-poetik kinooçerk ən hörmətli adamlara-sifətləri həyatın keşməkeşli yollarından qırışmış, neçə-neçə ağlı-qaralı illəri yola salmış Azərbaycanın müdrik ağsaqqallarına həsr olunmuşdur.

Azərbaycanın ağsaqqalları
Janr sənədli
qısametrajlı
Rejissor Seyfulla Bədəlov
Ssenari müəllifi İmran Mirzəyev
Operator Seyfulla Bədəlov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1969
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1969
Texniki məlumatlar 1 hissə
299 metr
Rəng rəngli

Məzmun

Lirik-poetik kinooçerk ən hörmətli adamlara-sifətləri həyatın keşməkeşli yollarından qırışmış, neçə-neçə ağlı-qaralı illəri yola salmış Azərbaycanın müdrik ağsaqqallarına həsr olunmuşdur.[1]

Filmdə qocaların həyat tərzi və məişəti tədqiq edilərək belə nəticə çıxarılır ki, uzun ömrün əsas sirri əməkdir. Uca dağlar qoynunda, sərt iqlimdə yaşayan qocalardan 115 yaşlı Nəsir Qasımovla, 113 yaşlı Hüseyn Dadaşovla, onun arvadı Əsmətlə, 162 yaşlı Şirin baba, Şirəli baba və başqaları ilə tanış oluruq.[1]

Filmin üzərində işləyənlər

Ssenari müəllifi: İmran Mirzəyev
Rejissor: Seyfulla Bədəlov
Operator: Seyfulla Bədəlov

İstinadlar

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 117

Mənbə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1969-cu ilin Azərbaycan filmləri
1960-cı illər Azərbaycan filmlərinin siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.