Azərbaycanın Birinci vitse-prezidenti
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti — Azərbaycan Respublikasının ən ali ikinci dövlət vəzifəsi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Prezidentdən sonra dövlətin başçısı hesab olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəyə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təyin edilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti | |
---|---|
Vəzifədədir Mehriban Əliyeva 21 fevral 2017-ci ildən | |
Başçılıq edir | Azərbaycan |
Vəzifənin təsis tarixi | 26 sentyabr 2016 |
Vəzifədə birinci | Mehriban Əliyeva |
Rəsmi saytı | mehriban-aliyeva.az |
2017-ci il fevralın 21-dən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin səlahiyyətlərini Prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva icra edir.
Tarixi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli 2684 nömrəli Sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi.
Birinci vitse-prezidentlərin siyahısı
(1964—) |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli 2684 nömrəli Sərəncamı ilə təyin edilib | |||||