Azərbaycanın 9 möcüzəsi
"Azərbaycanın 9 möcüzəsi" — IDEA-nın layihəsi; Azərbaycanın 9 milli parkı haqqında geniş sənədli filmlərdən ibarət silsilə.[1]
Məqsədi
Layihənin məqsədi Azərbaycanın əsrarəngiz təbii gözəlliklərini təbliğ etmək və onların mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.[1]
Filmlər
Bu layihə çərçivəsində "Şirvan Milli Parkı" adlı ilk film 2014-cü ildə ictimaiyyətə təqdim olunmuşdur.[1] Film Azərbaycanın yerli telekanallarında, habelə beynəlxalq film festivallarında, “Rossiya-Kultura” telekanalında nümayiş olunmuşdur.[1]
2015-ci il aprelin 24-də Bakıda, "Nizami" Kino Mərkəzində "Azərbaycanın 9 möcüzəsi" silsiləsindən ikinci filmin – "Quşlar cənnəti - Ağgöl Milli Parkı" adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir.[1][2]
Növbəti illərdə Göygöl, Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur-Yalama milli parklarından bəhs edən 7 filmin filmin çəkilişi planlaşdırılır.[1]
İstinadlar
- “Nizami” Kino Mərkəzində “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi təqdim olunub Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. azertag.az, 24.04.2015 (az.)
- “Nizami” Kino Mərkəzində “Quşlar cənnəti – Ağgöl Milli Parkı” sənədli filmi təqdim olunub: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak edib: [İqor Bışnyovun quruluşunda] //Azərbaycan.- 2015.- 25 aprel.- S.5.