Azər Qurbanov

Azər Qurbanov (1955, Balakəndekabr 2023, ABŞ) — Azərbaycan aktyoru.[1]

Azər Qurbanov
Azər Qurbanov
Doğum tarixi 1955
Doğum yeri
Vəfat tarixi dekabr 2023
Vəfat yeri
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1957–2017

Həyatı

Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Əslən Gəncə şəhərindən idi. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb. Daha sonra Konservatoriyanın Vokal fakültəsini bitirib.

O, 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Ona ən böyük uğuru "Sehrli xalat" filmindəki Pioner Rəşid obrazı gətirib.

Azər Qurbanov "Odessa" kinostudiyasının istehsalı olan "Göy quş", "Hakim", "Əcnəbi Qadın", "Külək" filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.[2][3]

Aktyor 2023-cü ilin dekabrında ABŞ-də vəfat edib.[4]

Filmoqrafiya

  1. Bir məhəllədən iki nəfər
  2. Sehrli xalat[5]
  3. Göy quş ("Odessa" kinostudiyası)
  4. Hakim ("Odessa" kinostudiyası)
  5. Əcnəbi qadın ("Odessa" kinostudiyası)
  6. Külək ("Odessa" kinostudiyası)

İstinadlar

  1. Qurbanov, A. "Hərdən tale insanın üzünə gülmür": "Sehrli xalat"dakı pioner Rəşid: "Heç vaxt Vətəni tərk etməyin!": [eyniadlı filmdəki Rəşid rolu ilə hamımızın sevimlisinə çevrilən aktyor Azər Qurbanovla musahibə] //Ekspress.- 2013.- 27–29 iyul.- S.21.
  2. "Sehirli xalat"ın Zərifəsi və Rəşidi illər sonra. Arxivləşdirilib 2014-03-15 at the Wayback Machine anspress.com (az.)
  3. "Sehirli Xalat"ın Amerikadakı Rəşidi : "Anam zəng vurdu ki, Bakıya qayıtma…"". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
  4. ""Sehrli xalat"ın Rəşidi, aktyor Azər Qurbanov vəfat edib". apa.az. 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2024.
  5. Qurbanov, A. Sehrli xalat: [rejissoru Əlisəttar Atakişiyev olan eyniadlı filmdə rol almış aktyor Azər Qurbanovla müsahibə] /müsahibəni apardı V. İmanov //Mədəni həyat.- 2013.- № 9.- S. 74–75.

Mənbə

  • "Vaxt ildırım sürətilə keçir, nə vaxtsa filmlərə çəkildiyimi az qala unutmuşam…": "Sehrli xalat" filmindəki Rəşidin — hazırda Amerikada yaşayan Azər Qurbanovun müsahibəsi //525-ci qəzet.- 2013.- 27 iyul.- S.29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.