Azər Qocayev

Azər Bəhlul oğlu Qocayev (7 sentyabr 1985, Sumqayıt) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı (13.05.2020), Yeni Azərbaycan Partiyasının üzvü.

Azər Qocayev
bayraq
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
13 may 2020-ciildən
ƏvvəlkiAqil Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1985(1985-09-07) (38 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, İcra başçısı

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Azər Qocayev 7 sentyabr 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir.

2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb.

2010–2015-ci illər ərzində "Azərenerji" ASC"-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.

2015–2017-ci illər ərzində "Azərişıq" ASC-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.

2017–2018-ci illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin rəis müavini kimi fəaliyyət göstərib. 2018–2019-cu illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb. 2019–2020-ci illər ərzində isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.[1]

Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.[2]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir. 2 övladı var.

Əslən Kəlbəcər rayonundandır. Azərbaycanın tanınmış saz-söz ustadı olan Ağdabanlı şair Qurbanın nəslindəndir, Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşirin qardaşı nəvəsidir.

Təltifləri

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.