Azər Qəribov
Azər Qəribov və ya Azər Qərib — Azərbaycan jurnalisti, blogger, səyyah.[1]
Azər Qəribov | |
---|---|
Azər Qəribov Şaiq oğlu | |
Digər adı | Azər Qərib |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
azru.tv |
Həyatı
22 may 1961-ci il tarixində, Bakı şəhərində anadan olmuşdur.
1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. 1983–1986 illərdə "Azneft" şirkətinin xarici əlaqələr departamentində çalışmış, 1986–1988 illərdə hərbi xidmətdə olmuşdur. 1988–1990 illərdə Daxili İşlər Nazirliyində işləmiş, lakin sovet ordusunun 20 yanvar təcavüzünə qarşı çıxdığına görə DİN-nin o vaxtki rəhbərliyinin göstərişi ilə bu strukturdan xaric edilmişdir. 1990-cı ildən bizneslə məşqul olmuş, 1999–2003 illərdə Böyük Britaniyanın "Inter Logistic" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.[2]
2003-cü ildə biznes sahəsini tərk etmiş və televiziya fəaliyəti ilə məşqul olmuşdur.Azərbaycanın bir çox tanınmış telekanalları ilə əməkdaşlıq etmişdir. Onun hazırladığı "Qərib Azər" adlı səyahət verilişi ilk dəfə 9 mart 2003-cü ildə efirə çıxmış, bu gün isə "Oralar" adı ilə AzTV kanalında hər bazar günü yayımlanmaqdadır.
Azər Qəribov 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H.B. Zərdabı Mükafatının laureatıdır. İki oğlu və iki nəvəsi var.
Səyahət etdiyi ölkələr
Dünyanın 101 ölkəsində olmuşdur.
İstinadlar
- "Sosial mediada Orxan Zeynalovun həbsi barədə nə deyirlər?". www.bbc.com. www.bbc.com. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2018.
- ""Qərib Azər": "Bu sahədə öz sözümü demişəm, daha bəsdir.."- Müsahibə". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
Xarici keçidlər
- Azər Qəribov — Facebook səhifəsi