Azər Niftəliyev

Azər Bayram oğlu Niftəliyev (22 iyul 1957, Zəngəzur2 yanvar 1994) — Baş leytenant, "Babək-44" taborunun sıralarında Ağdərə uğrunda gedən döyüşlərdə şücaət göstərmiş, yeni nəslin vətənpərvərlik ruhunda yetişməsində öz qəhrəman mübariz döyüş yolu ilə nümunə olmuş, Qarabağ müharibəsinin "Azərbaycan Bayrağı" ordenli şəhidi.

Azər Niftəliyev
Azər Bayram oğlu Niftəliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Zəngəzur mahalı
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Suqovuşan kəndi
Dəfn yeri Mingəçevir şəhidlər xiyabanı
Milliyyəti Azərbaycanlı

Həyatı

Azər Bayram oğlu Niftəliyev 1957-ci il iyulun 22-də Zəngəzur mahalının Gorus rayonunun Şurnuxu kəndində anadan olmuşdur. Gözlərini müəllim ailəsində açan Azər, ailə peşəsini davam etdirmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə daxil olmuşdur. Təhsilini tamamladıqdan sonra, müxtəlif illərdə Mingəçevir Poltexnik texnikomunda müəllim, Azərbaycan DRES tikinti quraşdırma idarəsində mühəndis işləyib. 1992-ci il sentaybrın 9-da zabit kimi Milli Ordu sıralarına çağırılıb. Ağdərə rayonu, Suqovuşan kəndi və Sərsəng su anbarı uğrunda döyüşlərdə iştirak edib. İki dəfə mühasirəyə düşüb. Birinci Qarabağ Müharibəsi başlayanda könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollanıb.

Vəfatı

1994-cü il yanvarın 2-də Madagiz (indiki adı ilə Suqovuşan) uğrunda gedən döyüşlərdə minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. 4 yanvar 1994-cü ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azər Niftəliyevin dəfni
Azər Niftəliyev dəfni
Azər Niftəliyev dəfni
Şəhid Azər Niftəliyevin məzarı

Təltifləri

  • Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azər Bayram oğlu Niftəliyev torpaqlarımızın erməni işğalçılarından müdafiəsində göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.(ölümündən sonra)[1]

Ailəsi

Ailəli idi, bir oğlu, bir qızı var.

Azər Niftəliyev övladları ilə.

İrsi

  • İçərisində Azər Niftəliyevin əlyazması olan cib dəftərinin də daxil olduğu əşyaları hal-hazırda Mingəçevir Şəhidlərin Xatirə Muzeyindəki digər eksponatlar ilə birlikdə sərgilənir.
    İçərisində Azər Niftəliyevin əlyazması olan cib dəftərinin də daxil olduğu əşyaları hal-hazırda Mingəçevir Şəhidlərin Xatirə Muzeyindəki digər eksponatlar ilə birlikdə sərgilənir.
Azər Niftəliyevin cib dəftəri
  • Mingəçevir şəhər "Energetiklər" qəsəbəsindəki Mədəniyyət Evi Azər Bayram oğlu Niftəliyevin adına verilmişdir. Hal-hazırda Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzi[2] onun adının gələcək nəsillərə ötürülməsində vasitəçilik edir.

Qalereya

İstinadlar

  1. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
  2. "Arxivlənmiş surət". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.