Azər Mirzəyev (aktyor)
Mirzəyev Azər Əlibala oğlu (12 may 1952, Zərdab rayonu – 19 iyul 2014, Bakı) — teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti.
Azər Mirzəyev | |
---|---|
Azər Əlibala oğlu Mirzəyev | |
| |
Doğum tarixi | |
Doğum yeri | Zərdab rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək tutması[1] |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Həyatı
Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.
1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. O vaxtdan ömrünün sonuna qədər bu tetrda çalışıb.
19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Sabirabad rayonunda dəfn edilmişdir[2].
Filmoqrafiya
- Nekroloq (film, 2001)
- Qeybdən gələn səs (film, 2002)
- Yaşıl eynəkli adam-3 (film, 2002)-Rəis
- Dəvətnamə (film, 2003)
- Yol yoldaşları (film, 2003)
- Mükafat (film, 2004)
- Böyük ömrün davamı (film, 2007)
- Mürafiə vəkillərinin hekayəti (film, 2011)
- Sübhün səfiri (film, 2012)
İstinadlar
- "Aktyor Azer Mirzeyev Vefat Etdi". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
- "Aktyor Azər Mirzəyev vəfat etdi - YENİLƏNİB - FOTO". Milli.az (az.). news.milli.az. 10:55, 19 iyul 2014. 2015-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-19.