Birinci Qarabağ müharibəsi şəhidləri (B)
Siyahı
1972-ci il 15 dekabrda Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Anar Babaşov, 1992-ci il 29 oktyabrda Ağdam rayonu istiqamətində şəhid olub. Anar Babaşov, Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti Heydər Əliyevin 9 mart 2007-ci il tarixli 2019 nömrəli fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[1] | ||||
23 dekabr 1968-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olub. 1993-cü ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib. Yanvar ayının 30-da Füzuli istiqamətində döyüşlərdə şəhid olmuşdur. 1 fevral 1994-cü ildə Quşencə kəndində dəfn olunmuşdur. 17 sentyabr 1996-cı ildən İsmayıllı rayonu Quşencə kəndi tam orta məktəbi Əhmədağa Babayev adını daşıyır. Babayeva Firəngiz Həlim qızı ilə ailəli idi.[2] | ||||
1971-ci il 24 fevralda Şamaxı rayonunun Sabirli kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Müşviq Babayev 1992-ci il 10 sentyabrda Ağdərə rayonu istiqamətində şəhid olub. Müşviq Babayev Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. | ||||
25 fevral 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 37 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, avtomobil rəngsazı peşəsinə yiyələnmişdir. Fizuli Bağırov 1988–1990-cı illərdə Leninqrad şəhərində həqiqi hərbi xidmətdə olmuş, hərbidən qayıtdıqdan sonra isə Gəncə şəhərində yerləşən "VAZ-ın təmiri emalatxanası"nda rəngsaz kimi işləmişdir. Fizuli Bağırov 1992-ci ilin yanvar ayında könüllü olaraq silaha sarılaraq cəbhəyə yollanmış, 709 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. O, bir neçə kəndin müdafiəsində hünərlə iştirak etmiş, döyüş bacarığı ilə şəxsi heyətin böyüş hörmətini qazanmış və ona tapşırılan döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Bağırov Fizuli İslam oğlu 6 iyul 1993-cü ildə Ağdam rayonunun Şahbulaq dağında döyüş əməliyyatını yerinə yetirərkən itkin düşmüş, Kəpəz Rayon Məhkəməsinin 2–2222001 nömrəli qətnaməsi ilə ölmüş elan edilmişdir. | ||||
15 dekabr 1967-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1973-cü ildə Muğanlı kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1985-ci ildə hərbi xidmətə yollanmışdır. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində xidmət edən Rövşən hərbi xidmət müddətində dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. 1988-ci ildə başlanan Qarabağ müharibəsinə qədər Rövşən xidmət etdiyi şəhərdə yaşamış, burada ailə həyatı qurmuşdu. Müharibə başlayanda Rövşən ölkəsinə qayıdır, müharibədə iştirak edir. O, Muğanlı kənd özünümüdafiə dəstəsinin üzvü olaraq Şişqaya, Gülmətəpə, Çirişli dağı istiqamətində gedən döyüşlərdə, Xocavəndin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 1992-ci ildə Muğanlı, Kuropatkino, Əmiranlar kəndinə düşmən hücum edir və müqavimətlərə baxmayaraq üç kəndi işğal edir. Azərbaycan Milli Ordusu yarandıqdan sonra kəndin özünümüdafiə dəstəsi Ağcabədi rayon 161 saylı hərbi hissənin batalyonlarından birinə çevrilir. Bundan sonra, döyüşçülər Nərgiztəpədə mövqe seçdilər. Onlar dəfələrlə işğal olunmuş kəndlərə hücum planları hazırlasalar da, təəssüf ki, döyüşlərin nəticəsi uğurlu olmamışdır. Rövşən Balakişiyev 30 dekabr 1992-ci ildə Daşlıtəpə adlanan yerdə içində olduğu "UAZ" markalı avtomaşının minaya düşməsi nəticəsində şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi, bir qız övladı yadigar qaldı. | ||||
1958-ci il 25 fevralda Şamaxı şəhərində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və Naxçıvanlı, Tap Qaraqoyunlu, Gülablı qəsəbələri uğrunda döyüşlərə, həmçinin Xocalı rayonunun müdafiəsi uğrunda döyüşlərə qatılan Cavanşir Balayev, 1992-ci il 12 iyunda Ağdam rayonu istiqamətində baş tutan Qaraqaya əməliyyatında şəhid olub. Ağdam rayonunda dəfn olunub. | ||||
1970-ci il sentyabrın 15-də Şuşa şəhərində anadan olmuşdur.[3] Şəhər 14 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstututunun maliyyə iqtisad fakültəsinə daxil olmuşdur. 2-ci kursdan hərbi xidmətə çağırılmış və xidməti vəzifəsini başa çatdırdıqdan sonra Şuşa DİŞ-də işə başlamışdır. 08.04.1992-ci ildə şəhid olmuşdur. Şuşa Şəhidlər Xiyabanı dəfn olumuşdur. | ||||
7 noyabr 1973-cü ildə Qazaxıstan vilayətində anadan olub. Ramiz Budaqov subay idi. Əsgər Ramiz Budaqov 1994-cü ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində Ağdam Rayonunun Gülçülük kəndində gedən döyüş zamanı tabor komandirinin həyatını xilas edərək, özü qəhrəmancasına şəhid oldu. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. | ||||
İstinadlar
- "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı". 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhsil müəssisələrinə şəhid adlarının verilməsi haqqında 17 sentyabr 1996-cı il tarixli 124 saylı qərarı
- "Arxivlənmiş surət". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.