Azər Əhmədov (riyaziyyatçı)
Azər Əhmədov (1974, Cəbrayıl) — azərbaycanlı riyaziyyatçı, Kaliforniya Universitetinin professoru.
Azər Əhmədov | |
---|---|
Doğum tarixi | 1974 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elmi adı | |
Təhsili |
Həyatı
Azər Əhmədov 1974-cü ilin dekabrında Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızıl medalla, 1996-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 13 yaşından aktiv riyaziyyatla məşğul olub. Orta məktəbin son 3 ili ərzində Moskva Dövlət Universitetinin nəzdindəki Ümumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib.
SSRİ səviyyəli bir neçə riyaziyyat müsabiqəsinin qalibi olub. 1996-cı ildə İtaliyada Beynəlxalq Ali Təhqiqatlar İnstitutunun Funksional Analiz şöbəsinə imtahan verib, qrant alıb 2 ilə yaxın (1998-ci ilin aprelinə qədər) orda tədqiqatçı işləyib.
1998-ci ildə Amerikada Yeyl Universitetinin doktoranturasına qəbul olunub və həmin universitetdə riyaziyyat doktoru dərəcəsi alıb.[1]
Bu ildən Kaliforniya Universitetində 3 illik professor vəzifəsində çalışır.
Riyaziyyatda qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, 3 ölçülü topologiya, erqodik nəzəriyyənin bir çox problemləri ilə məşğul olur, məqalələri riyaziyyat jurnallarında çap olunur. Dissertasiyasında 20 il açıq qalmış problemi həll edib.
İstinadlar
- ""North Dakota State University"nin riyaziyyat fakültəsinin xəbərlər bülleteni, səh. 2" (PDF). 2010-07-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-10-16.