AzerGold
"AzerGold" QSC (tam adı: "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti) — Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.[1][2]
“AzerGold” QSC | |
---|---|
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti | |
Yaranma tarixi | 11 fevral 2015 |
İdarə Heyətinin sədri | Zakir İbrahimov |
azergold.az |
Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli 2071 nömrəli Sərəncamı ilə Zakir Zaur oğlu İbrahimov "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.[3]
"AzerGold" QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.[4] Səhmdar Cəmiyyətin iki törəmə şirkəti mövcuddur: "Daşkəsən Dəmir Filiz" Məhdud Məsuliyyətli Cəmiyyəti və "AzerBlast" Məhdud Məsuliyyətli Cəmiyyəti.
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə "AzerGold" QSC-nin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. Sözügedən Sərəncamdan irəli gələn tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə "AzerGold" QSC tərəfindən 8 dekabr 2020-ci il tarixində ilk dəfə olaraq törəmə hüquqi şəxs qismində "Daşkəsən Dəmir Filiz" MMC təsis edilib.[5] və 14 dekabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
"AzerBlast" Məhdud Məsuliyyətli Cəmiyyəti sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyətidir. Cəmiyyət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Cəmiyyətin yaradılmasında məqsəd mədənlərin hasilatı prossesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, idxaldan asılılığın aradan qaldırılmasıdır.
İstinadlar
- "Arxivlənmiş surət". 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-10.
- "Arxivlənmiş surət". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-10.
- "E-qanun.az". (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "azergold.az". Archived from the original on 2023-11-10. İstifadə tarixi: 2023-11-10.