Aytən Kordu
Aytən Kordu (1971, Ərzincan ili) — sosioloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Aytən Kordu | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Tunceli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1971 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
Həyatı
Aytən Kordu 1971-ci ildə Ərzincan ilində anadan olub. Anadolu Universiteti Sosiologiya Bölməsindən məzun olub.[1]
2003-2011-ci illərdə Göyqurşağı Qadınlar Dərnəyinin sədri olub. 2015-2017-ci illərdə Tunceli Bələdiyyəsində qadın məsələləri şöbəsində çalışıb.[1]
Siyasi fəaliyyətinə görə 2.5 il müddətinə həbs edilib. 2018-ci ildə azadlığa buraxılıb.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Tunceli ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
İstinadlar
- TBMM. "Ayten KORDU". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.