Aytən İsmixanova

Aytən Nuru qızı İsmixanova (3 sentyabr 1968, Bakı) — azərbaycanlı bəstəkar, aranjimançı, mahnı sözlərinin müəllifi.

Aytən İsmixanova
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, aranjimançı, şairə
Təhsili

Həyatı

Aytən Nuru qızı İsmixanova 1968 il 3 sentyabr tarixində Bakıda ziyalı ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə çox böyük həvəsi olduğundan valideynləri ona kiçik bir elektropiano alır. Bu pianoda Aytən eşitdiyi musiqiləri dəqiqliyilə təkrar edəndə hamı təəccüblənirdi. Qonşuluqda iki baçı Asəf Zeynallı adına musiqi texnikumunda təhsil aldığından Aytən ifalarını dinləmək üçün tez-tez onlara qonaq gedərdi. Evə qayıdanda o, eşitdiklərini dərhal öz pianosunda təkrar edərdi.

Bakının mərkəzi klinikaların birində Aytənin anası Tamilla xanım müalicə alarkan mərhum bəstəkarımız Süleyman Ələsgərovla tanış olur. Qızının istedadı haqqında ona danışanda bəstəkarımız balaca qızcığazla tanış olmaq istəmişdir. Aytənin anası qızını Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına professor Süleyman Ələsgərovun yanına aparır. Professor Aytəni dinlədikdən sonra anasına: "Bu qızın yeməyini, içməyini piano arxasına gətirin ki, o daim məşğul olsun! Bu uşağın çox böyük gələcəyi var!", ­- deyə Aytənin ilk xeyir-duasını verir.

1974-cü ildən Aytən İsmixanova musiqilə ciddi məşğul olmağa başlamışdır. Əvvəl Asəf Zeynallı adına musiqi texnikumuna bir il hazırlığa getdi, sonra isə 1975-ci ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbinə əla nəticələrlə daxil olur. 1975-1986-cı illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra Aytən İsmixanova Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsinə ən yüksək balla daxil olmuşdur. Burada o, professor Fəridə Quliyevanın sinfində öz istedadını inkişaf elətdirir. Fəridə xanım Tofiq Quliyevin doğma bacısı olduğundan Aytənin öz əsərlərini ona dinlətdirir və xahiş etdi ki, Tofiq müəllim onunla bəstəkarlıqdan məşğul olsun. Lakin Fəridə xanım təəssüflə: “ Tofiq müəllim xəstədir və artıq heç kimlə məşğul ola bilmir”, - deyə Aytəni Dmitri Şostakoviçin yetirməsi olan professor Cövdət Hacıyevin yanına aparır. Həmin ildən Aytən bəstəkarlıq fakültəsində də təhsilini almağa başlamışdır. Bu illərdə Aytən fortepiano, skripka, klarnet, kamera orkestri  üçün bir sıra əsərlər, trio və kvartetlər yaradır.

1991-ci ildə Aytən İsmixanova Konservatoriyanı fərqlənmə diplomu ilə bitirmiş və musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. Əvvəl 2 saylı musiqi məktəbində, sonra isə öz doğma Bül-Bül adına orta ixtisas musiqi məktəbində müəllim işləyir. Həmin illərdə o, Tofiq Quliyevin bir neçə mahnılarını 2 fortepiano üçün işləyir. Korifey bəstəkarımızın 70 illik yubileyində “Qızıl üzük” mahnısını 2 fortepiano üçün işləməsini ifa edəndə Aytəni Tofiq müəllim şəxsən özü tərifləmiş və həmin işləmə çox xoşuna gəldiyini etiraf etmişdir.

Aytən bəlkə də Tofiq Quliyevi və onun mahnılarını çox sevdiyindən özü də mahnı yazmağa daha çox üstünlük verirdi. Beləliklə, onun ilk ifa olunan “Vəfasızım” adlı mahnısı olub.[1]

Həmin ildə Vaqif Gərayzadənin rəhbərliyi altında “Aypara”qrupunun ilk albomu olan "Oriental" işıq üzü gördü. Bu alboma Aytən İsmixanovanın “Mənzərə” adlı instrumental əsəri daxil edilmişdir.[2]

Aytən İsmixanova Respublikanın Əməkdar artistləri GülyazGülyanaq Məmmədova bacıları ilə birgə İndustrial Muğam layihəsini işləyib və milli sərvətimiz olan muğamımızın 7 əsas muğamını yeni müasir tərzdə aranjiman etmişdir.[3]

Aytən İsmixanova “Dəyirman” qrupunun Az@rimeykQurd adlı ilk 2 albomunun müəllifidir. Onların ifasında vətənpərvərlik mövzusunda olan “Ya Qarabağ, ya ölüm!” mahnısı bəstəkarın fəxr etdiyi əsəridir.[4]

Aytən İsmixanova 2012-ci ildə Bakıda keçirilən FİFA U-17 qadınlararası futbol üzrə Dünya çempionatının bağlanış mərasimi üçün musiqi bəstələyib.[5]

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, AtaHolding-in dəstəyi və Peachline şirkəti tərəfindən Ü. Hacibəyovun eyniadlı operettası əsasında 1945-ci ildə şəkilmiş rejissor Rza Təhmasibin “Arşın mal alan» filminin bərpasında və rənglənməsində fəal iştirak etmişdir.[6]

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya həsr olunmuş "Ölkəmizi tanıyaq" adlı mahnının həm musiqisi, həm sözlərinin müəllifidir.

2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Azərbaycanı Belarusun paytaxtı Minskdə təmsil edən Fidan Hüseynovanın ifa etdiyi mahnının Azərbaycan dilindəki versiyasının sözlərini yazmışdır.[7][8]

2018-ci ildə Tanınmış müğənni Emin Ağalarovun "Живи, родной Азербайджан" mahnısının azərbaycan dilindəki versiyasının sözlərini yazmışdır.

2019-cu ilin 30 iyununda Heydər Əliyev Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində dünyaşöhrətli musiqiçi Sami Yusufun ifa etdiyi "Azərbaycan" mahnısının sözlərinin müəllifi olmuşdur.[9]

Diskoqrafiya

Mahnının adı İfaçının adı Söz müəllifi Çıxış tarixi
Vəfasızım Faiq Ağayev Sabir Rüstəmxanlı 1997
Mənzərə İnstrumental İnstrumental 1997
Evlənəcəyəm Faiq Ağayev Xanım İsmayılqızı 1998
Ya Qarabağ, ya ölüm! Dəyirman Ozan Arif 1999
Mama Dəyirman Dəyirman 1999
Nə səni, nə məni Samira Məlik A. Şaşıq 2000
Qayğısız ada Fatimə Abbasquliyeva A. Şaşıq 2000
Günahsız məhəbbət Fatimə Abbasquliyeva A. Şaşıq 2000
Avtoş Dəyirman Dəyirman 2000
Bakı Dəyirman Dəyirman 2000
Toppuş qızlar Dəyirman Dəyirman 2000
Yeri var Dəyirman Dəyirman 2000
Uşaq nəğməsi Dəyirman Dəyirman 2000
L günü L-Mir (Samira ilə duet) Elmir Məhərrəmov 2000
Niyə gecikdin Elnarə Həsənli Gövhər Həsənzadə 2000
Qayıtdı xəyallar Samira A. Şaşıq 2001
Payızın günləri Samira A. Şaşıq 2001
Nə deyim sənə?! Samira A. Şaşıq 2001
Nə vecimə! Samira A. Şaşıq 2001
Səni tapdım Samira A. Şaşıq 2001
Ərköyün qız İlqar Xəyal A. Şaşıq 2001
Бакинский бульвар İlqar Xəyal A. Şaşıq 2001
Yağış Zülfiyyə Xanbabayeva A. Şaşıq 2001
Üçbucaq Samira A. Şaşıq 2002
Gecələr Samira A. Şaşıq 2002
Məhəbbət ki, dəb deyil Sevda Ələkbərzadə Samirə Xasməmmədova 2002
Yalan sözlər Röya A. Şaşıq 2002
Xatirələr Zülfiyyə Xanbabayeva A. Şaşıq 2002
Bakı, Bakı Abbas Bağırov Müşfiq Abbasov 2003
Moskva-Bakı qatarı Pərviz Abdullayev Müşfiq Abbasov 2004
Sənsizəm Elnarə Xəlilova Müşfiq Abbasov 2005
Gəl! Qismət Məmmədzadə Kəmalə Abiyeva 2005
Cavabsız suallar Elnur Məmmədov İsmayıl Dadaşov 2005
De, neyləyim? Zamiq Hüseynov Sevinc Səfərova 2006
Uzaq dalğalar Elnarə Həsənli Kübra Kərimli 2006
“Ayna” cizgi filmi üçün musiqi Filmi səsləndirən aktyorlar Zahid Xəlil 2006
Necə-necə Elnarə Xəlilova Sevinc Səfərova 2007
Qəlbimdə tək sən Təranə Mahmudova Sərvər Şahbəyli 2008
Dənizin sahilində Şeron Kübra Kərimli 2009

Filmoqrafiya

  1. Məhəllə
  2. Məhəllə 2
  3. Moskva-Bakı qatarı
  4. Ayna
  5. Biz qayıdacağıq
  6. Şəhidliyin zirvəsi
  7. "...Azərbaycanlı olmaq böyük şərəfdir!"
  8. Həddən artıq uyğunluq
  9. Məhəllə 3

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.