Ayran

Ayran - nehrədə yağı alınmış qatığın qalığı, yüksək kalorili qida məhsuludur. O qatığa suduz əlavə etməklə də əldə edilir.

Köpüklü ayran

Tarixi

Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın (yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır.

Ümumi məlumat

Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye, ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarada yağ, zülalal və 0,7- 0,8%- dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğakələkoş bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər. O, 5 lt. tutumlu paketlərdə satışa buraxılır. İlin isti vaxtlarında susuzluğu daha tez yatırdır. Ev şəratində ayranı qatıqdan və ya süzmədən hazırlamaq mümkündür.

Tərkibi

Hazırlanması

Qatıq və ya süzməni üzərinə az-az su əlavə edilir. Əlavə edildikcə intensiv qarışdırılır. Məhlul orta qatılıqda olmalıdır. Zövqə görə duz əlavə edilir. Soyuq halda içilir. Süfrəyə verilməzdən əvvəl qarışdırmaq mütləqdir. Zövqdən asılı olaraq üzərinə quru nanə və ya xırda doğranmış şüyüd əlavə edilə bilər.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.