Aypara Əliyev
Aypara Nəsrəddin oğlu Əliyev (1958 və ya 1959 – 25 noyabr 1995, Bakı) — Azərbaycan tarixçisi, Azərbaycan Sosial Demokrat Partiyası sədrinin sabiq müavini, qiyamçı Surət Hüseynovun mətbuat katibi və köməkçisi.
Aypara Əliyev | |
---|---|
1993 – 1994 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1958 və ya 1959 |
Vəfat tarixi | 25 noyabr 1995 |
Vəfat yeri | |
Vəfat səbəbi | işgəncə |
Partiya | |
Fəaliyyəti | tarixçi |
Hərbi xidmət | |
Döyüşlər |
Həyatı
Aypara Əliyev ixtisasca tarixçi olmuş, Azərbaycan Dövlət Aqrar Universitetində dosent kimi çalışmışdır.[1]
Əliyev 7 oktyabr 1994-cü il tarixində Surət Hüseynovun başçılıq etdiyi oktyabr hadisələrində iştirakına görə həbs edilmişdir. O, qiyamla bağlı dövlətə xəyanətdə, "xüsusən təhlükəli dövlət cinayətlərinin törədilməsinə yönəlmiş təşkilatlanma" fəaliyyətində, o cümlədən qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunmuşdur. Əliyevə qarşı mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də, o cümlədən "Nicat" xeyriyyə fondunu qeydiyyata almaq üçün saxta sənədlər hazırlamaqda və cəmiyyətdən külli miqdarda pul oğurlamaqda da ittiham olunmuşdur. İddia olunur ki, o, prokurorluğun və Gəncə Şəhər Sovetinin icazəsi olmadan həbs edilmişdir. Əliyev sonda Gəncədən Bakıdakı istintaq təcridxanasına köçürülmüşdür. O, həbsxanada sağlamlıqdakı problemlər səbəbindən 22 oktyabr 1995-ci il tarixində komaya düşmüşdür. Əliyev 25 noyabr 1995-ci tarixində, 36 yaşında Penitensiar xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Qeyri-rəsmi mənbələrə görə, o, qaraciyər serrozundan, böyrək çatışmazlığından, ayaq və qarnında şişkinlikdən əziyyət çəkirmiş.[1] Bəzi mənbələrə görə, Əliyev işgəncələr nəticəsində həlak olmuşdur.[2]
Siyasi fəaliyyəti
Aypara Əliyev Azərbaycan Sosial Demokrat Partiyası Gəncə Şəhər Təşkilatının sədri,[3] sonra isə partiya sədrinin müavini olmuşdur.[4] O, Gəncə Şəhər Sovetinin deputatı seçilmişdir.[1]
Aypara Əliyev 4 iyun Gəncə qiyamı zamanı Surət Hüseynovun sözçüsü[5] və "sağ əli" kimi çalışmışdır.[6]
Mənbə
İstinadlar
Ədəbiyyat
- Ализаде, Зардушт. Конец второй республики (rus). Граница. 2006. ISBN 5946912070.
- Qolts, Tomas. Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic (ingilis) (1st Edition). Routledge. 1998. ISBN 076560244X.
- Muradxanlı, Aygün. "Qiyamçı çətənin son aqibəti". Müsavat (az.). 5 iyun 2014. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2022.
- "AZERBAIJAN: Allegations of ill-treatment in detention" (PDF). Amnesty International (ingilis). yanvar 1996. İstifadə tarixi: iyun 2021.
- Qasımov, Oqtay. ""Zərdüştün Elçibəyə münasibətinin kökündə başqa məqamlar durur"". pia.az (az.). 2015. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2022.
- Şərəfxanlı, Nəsimi. "4 iyun qiyamçılarının sonrakı aqibəti necə oldu? – Araşdırma". Yeni Çağ (az.). 26 yanvar 2022. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2022.