Ayntraxt Frankfurt FK

Ayntraxt (almanca Eintracht Frankfurt Fußball A.G.) — Almaniyanın Frankfurt-na-Mayne şəhərinin futbol klubu. Almaniya Birinci Bundesliqasında oynayır. "Ayntraxt"ın baş məşqçisi Dino Toppmöllerdi, prezidenti isə Peter Fischerdir. Klub ev oyunlarını 58.000 insan tutumuna malik olan "Deutsche Bank Park" stadionunda keçirir.

Almaniya Ayntraxt (Frankfurt)
Loqonun şəkli
Klubun tam adı Eintracht Frankfurt
Ölkə Almaniya
Ləqəb(lər) Qartallar, SGE
Rəng(lər) Qırmızı, Qara, Ağ
Yaranma tarixi 8 mart 1899
Stadionu Deutsche Bank Park
Tutumu 58 000
Prezidenti Mathias Beck
Baş məşqçisi Dino Toppmöller
Liqa Bundesliqa
2022/23 7.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1899-cu ildə yaradılıb. Frankfurt təmsilçisi Almaniya futbolunda ən böyük uğurunu 1959-cu ildə ölkə çempionu olmaqla əldə edib. O vaxtdan “Ayntraxt” bir dəfə də olsun bundesliqanın qalibi ola bilməyib. 1991-1992-ci il mövsümünün son turunda "Ştutqart"a məğlub olaraq çempionluğu əldə verən "Ayntraxt" növbəti illərdə əvvəlki gücünü itirməyə başlayıb. Klub 1995-1996, 2000-2001, 2003-2004 və 2010-2011 mövsümündə ikinci liqada oynamalı olub. Ayntraxt klubu 2012-2013 mövsümündə bundesliqanı altıncı yerdə başa vurub.

Almaniya kuboklarında isə komanda liqaya nisbətən daha çox uğurlar əldə edib. "Ayntraxt" 1974, 1975, 1981, 1988 və 2018-ci ildə ölkə kubokunun sahibi olub. Avropada ən böyük nailiyyəti 1980-ci ildə UEFA kubokunu əldə etməklə qazanıb. Komanda son olaraq avrokuboklarda yeddi il əvvəl yarışıb. Onlar qrup mərhələsində uğursuz çıxış edərək mübarizəni dayandırmışdılar.[1]

Uğurları

1979/80, 2021/22.
  • Almaniya Liqası (Bundesliga) Çempionluğu: 1
1958/59.
  • Almaniya Kuboku: 5
1973/74; 1974/75; 1980/81; 1987/88; 2017/18.

Heyəti

Qapıçı
1Kevin Trapp
33Jens Grahl
40Kauã Santos
41Simon Simoni
Müdafiə
3Willian Pacho
4Robin Koch
5Hrvoje Smolčić
22Timothy Chandler
24Aurélio Buta
29Niels Nkounkou
31Philipp Max
34Nnamdi Collins
35Tuta
44Davis Bautista
46Dario Gebuhr
47Elias Baum
Yarımmüdafiə
8Farès Chaïbi
15Ellyes Skhiri
16Hugo Larsson
17Sebastian Rode
20Makoto Hasebe
25Donny van de Beek
26Éric Junior Dina Ebimbe
27Mario Götze
36Ansgar Knauff
37Sidney Raebiger
45Mehdi Loune
49Harpreet Ghotra
Hücum
7Omar Marmoush
9Saša Kalajdžić
11Hugo Ekitike
19Jean-Mattéo Bahoya
43Noel Futkeu
48Nacho Ferri
Məşqçi
Dino Toppmöller

Tanınmış oyunçuları

Xarici keçidlər

Mənbə

  1. ""Qarabağ"ın rəqibi: "Ayntraxt" "Borussiya" deyil!". 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.