Ayn Şəms Universiteti
Ayn Şəms Universiteti— Ayn Şəms Universiteti Misirin üçüncü ən qədim universitetidir. 1950-ci ilin iyulunda İbrahim Paşa adı altında əsası qoyulmuşdur. Misir universitetlərinin missiyasını həyata keçirmək və ali təhsilə artan tələbi ehtiva etmək üçün Qahirə (əvvəllər Birinci Faud) və İskəndəriyyə (əvvəllər Birinci Faruk) Universitetləri ilə əməkdaşlıq etmişdir. Ayn Şəms universiteti ən nüfuzlu Ərəb universitetlərindən biri hesab edilir.
Ayn Şəms Universiteti | |
---|---|
جامعة عين شمس | |
30°04′37″ şm. e. 31°17′06″ ş. u. | |
Əsası qoyulub | 1 iyul 1950 |
Tələbə sayı | 220.000 |
Ölkə | |
Sayt | asu.edu.eg |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
23 iyul 1952-ci il inqlabından sonra Misir universitetlərinin adlarının ölkə tarixi və əlamətdar günləri ilə əlaqədar olması təkilifi irəli sürüldü. 21 fevral 1954-cü ildə universitetin adı dəyişdirilərək, Heliopolis Universiteti adlandırıldı. Elə həmin il, universitetin adı indiki, yəni Ayn Şəms adı ilə əvəz edildi. Ayn Şəms “Heliopolis” və yaxud tarixin ən qədim universiteti olan “On” kəliməsinin Ərəb dilinə tərcüməsidir. “On” Universitetinin əsası təxminən 5000 il bundan öncə qoyulmuşdur. Çox məşhur universitet idi, xüsusilə, astronomiya, həndəsə və tibb elmlərində bilik və elm qalası hesab olunurdu. İmhotep orada ən məşhur müəllimlərdən biri olmuşdur. “On” Universitetinin həyata keçirdiyi ən əhəmiyyətli uğuru, “On” kahinlərinin fikirlərini seçən “Axnatun” un vasitəsilə, tək Allahlığa dəvət etmək olmuşdur.
Universitet loqosu
Universitetin şüarı Obeliks və iki şahindir. Bu şüar adın universitetin qədim tarixi ilə nə dərəcədə əlaqəli olduğunu göstərir. Obeliks “On” şəhərindəki həyat evini təmsil edir, iki şahin isə o dövrdə Misirin tanrısını simvolizə edir.
Fakültə və institutlar
1950-ci ildə universitetdə yalnız 8 fakültə mövcud idi. Bu gün isə 15 fakültə və iki ali institutu özündə birləşdirir.
Fakültələr
- Tibb fakültəsi
- Stamotologiya fakültəsi
- Əczaçılıq fakültəsi
- Məhəndislik fakültəsi
- Elmlər fakültəsi
- Hesablama və İnformasiya Fakültəsi
- Dillər Fakültəsi
- Tibb Bacısı İşi Fakültəsi
- Ticarət Fakültəsi
- Hüquq Fakültəsi
- Qızlar İncəsənət, Elm və Pedaqogika Fakültəsi
- Pedaqogika Fakültəsi
- İbtidai Siniflər Pedaqogikası Fakültəsi
- Ədəbiyyat Fakültəsi
- Kənd Təsərrüfatı Fakültəsi