Aygün (film, 1960)
Aygün tammetrajlı bədii televiziya filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1960-cı ildə ekranlaşdırılmışdır.[1] Film Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Filmdə əsas rolları Nəcibə Məlikova, Həsənağa Salayev və Rəna Topçubaşova ifa edirlər.
Aygün | |
---|---|
Janr |
dram musiqili |
Rejissor | Kamil Rüstəmbəyov |
Əsərin müəllifi | Səməd Vurğun |
Ssenari müəllifi | Kamil Rüstəmbəyov |
Baş rollarda |
Nəcibə Məlikova Həsənağa Salayev Rəna Topçubaşova |
Operator | Əlihüseyn Hüseynov |
Bəstəkar | Zakir Bağırov |
Rəssam | Faiq Əhmədov |
İstehsalçı | Bakı Televiziya Studiyası |
İlk baxış tarixi | 3 yanvar 1961 |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Müddət | 81 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1960 |
Texniki məlumatlar |
9 hissə 2250 metr |
Rəng | ağ-qara |
IMDb | ID11590264 |
Məzmun
Film-poemadır. Əsərdə olduğu kimi, filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir.[2]
Aygünlə Əmirxan xoşbəxt cütlük idilər. Əmirxanın içkiyə qurşanması onların ailəsini parçalayır. Aygün (Nəcibə Məlikova), Əmirxan (Həsənağa Salayev) və onların qızları Ülkər (Rəna Topçubaşova) əzab çəkirlər. Sonda Əmirxanın içkinin daşını atması və karyerasında nailiyyətləri onların yenidən birləşməsini təmin edir.[2]
Film haqqında
- Film Səməd Vurğunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır.[2]
- Film ilk Azərbaycan televiziya bədii filmidir.[2]
Filmin üzərində işləyənlər
- Əsərin müəllifi: Səməd Vurğun
- Ssenari müəllifi: Kamil Rüstəmbəyov
- Rejissor: Kamil Rüstəmbəyov
- Operator: Əlihüseyn Hüseynov
- Rəssam: Faiq Əhmədov
- Bəstəkar: Zakir Bağırov
Rollarda
- Nəcibə Məlikova — Aygün
- Həsənağa Salayev — Əmirxan
- Rəna Topçubaşova — Ülkər
- Sürəyya Qasımova — Şəfiqə
- Gündüz Abbasov — Elyar
- Fateh Fətullayev — sovxoz direktoru
- Rza Əfqanlı — müəllim
- Sofa Bəsirzadə — müəllimə Filmi səsləndirənlər: Əli Zeynalov — Kadrarxası mətn (titrlərdə yoxdur)
İstinadlar
- Azəri, L. İlk Azərbaycan bədii televiziya filmi “Aygün” – kino-poema: [Kamil Rüstəmbəyovun quruluş verdiyi eyniadlı film haqqında] //Mədəniyyət.- 2016.- 20 yanvar.- S.12.
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 47-48
Mənbə
- Bəhramoğlu, R; Əhmədov, T. ""Aygün" ekranda" [S. Vurğunun həmin adlı poemasının ekrana çəkilməsi haqqında] //Ədəbiyyat və incəsənət.- 1959.- 14 fevral.
- İsmayıl Şıxlı. ""Aygün" ekranda" //Ədəbiyyat və incəsənət.- 1961.- 7 yanvar.
- Babayev, N. "Tamaşaçı razı qalır" //Kommunist.- 1961.- 11 may.
- Süleymanova, Z. "Tamaşaçılar arasında" //Azərbaycan gəncləri.- 1961.- 12 may.
- Nizami, N. "Aygün" //Nuxa fəhləsi.- 1961.- 14 may.