Aydos qalası

Aydos qalası və ya digər adıyla Keçi qalasıTürkiyənin İstanbul ilinin Sultanbəyli mahalındakı 325 metrlik Aydos zirvəsində olan qala. Ətrafıyla birlikdə birinci dərəcədə arxeoloji abidə elan edilmişdir.[1]

Qalanın yerləşdiyi Aydos təpəsi.

Tarixi

Qala Şərqi Roma İmperatorluğu dövründə inşa edilmişdir. O zamanki adı olan "Aetos" (Αετός), Yunancada "qartal" mənasını verməkdəydir. Bu ad, günümüzə qədər çox kiçik dəyişikliklə qorunmuşdur. XI əsrdə türklərin Konstantinopolisə (indiki vaxtda İstanbul) yaxınlaşmaları ilə qalanın əhəmiyyəti artdı, ancaq Səlib yürüşlərinin başlamasıyla türklər bölgədən ayrıldılar. XIII əsrin sonlarında bölgədə, yenidən mübarizələr başladı. 1326-1328-ci illərdə Kocaeli yarımadasının böyük bir qismi Osmanlı imperatorluğu suverenliyinə girmişdi. Bu dövrdə iki dövlət arasındakı sərhəd, Aetos-Pentikion (indiki vaxtda Pendik) xətti üzərində idi.

Aşıq Paşazadənin yazdığı məlumatlara görə, Osmanlı sultanı Orxan Qazi, qalanın alınması üçün Abdurrahman Qazi, Akça Qoca və Qonur Alpı göndərmişdir.[2] Əvvəl Semendra qalasını (indiki vaxtda Samandıra) ələ keçirən Osmanlı qüvvələri, daha sonra Aydos qalasını mühasirəyə aldı. Paşazadəyə görə, qala hakiminin qızı mühasirədən əvvəl yuxusunda yaraşıqlı bir qəhrəman gördü, sonrasında isə özünü bir çuxurda tapdı. Bu qəhrəman onu qurtardı, geyimlərini çıxardı yudu və qıza yeni geyimlər geyindirdi. Qız qısa müddət sonra qalanı əhatə edən Osmanlıların arasında gördüyü Abdurrahman Qazini yuxusundakı qəhrəman olaraq tanıdı və qalanı ona təslim edəcəyini yazdığı qeydi bir daşa qucaqlayıb əsgərlərə atdı. Qeyddə, Türklərin geri çəkilirlərmiş kimi etmələri, gecə geri gəlmələri və özünün onları qalaya alacağı yazılmışdı. Gecə olunca qız, qaladan bir kəmənd atdı və Abdurrahman Qazi buna yapışaraq qalanın içinə girdi. Qapını içəridən açmasının ardından içəri girən Osmanlı əsgərləri qalanı ələ keçirdilər və qala Osmanlı hakimiyyətinə daxil oldu.

Bu hekayə daha sonralar başqa yazıçılar tərəfindən fərqli şəkildə dilə gətirildi. Neşrinin qələmində yaşananlar bir eşq əhvalatına, Xoca Sadeddin Əfəndinin anlatımında dini bir əhvalata çevrildi. Bir versiyada təkfur qızı, yuxusunda İslam peyğəmbəri Məhəmmədi görürdü. Sonrakı illərdə qızın yuxusu Əl-Hədid, İbn-i Kamal, Katib Çələbi, Solakzadə Mehmet Həmdəmi Əfəndi kimi adlar tərəfindən, fərqli şəkillərdə izah edilərkən, Cozef von Hammer-Purgstall və Alphonse de Lamartine də hadisəni öz kitablarına daşıdı. 1558-ci il tarixli Osmannamədə iştirak edən, Arifînin bir münyatüründə tekfur qızı, Abdurrahman Qazini uzun saç hörgüsünü qaladan asraq qalaya çıxardığı təsvir edilmişdir.[3]

Fəthdən sonra qalaya yerləşən Abdurrahman Qazi öndərliyində Scutari (indiki vaxtda Üsküdar) tərəflərinə axınlar təşkil edildi. Ancaq bir müddət sonra qala əhəmiyyətini itirdi. Xoca Sadeddin Əfəndinin Tacüt-təvarix adlı əsərində İzmitin 1337-ci ildəki fəthindən sonra Orxan Qazinin şəhəri çox bəyəndiyi və buranın yaxınlarındakı Aydos qalasına artıq ehtiyac olmadığından qalanı sökdürdü, mühafizəsi və qalanın içində yaşayanları İzmitə gətirdiyi deyilməkdədir.

Arxeoloji qazıntılar

Qalanın təmiri üçün ilk ilk iş olan arxeoloji qazıntılar 13 sentyabr 2010-cu ildə, Sultanbəyli bələdiyyəsi tərəfindən, İstanbul Arxeologiya Muzeyləri direktoru Zeynəb Kızıltanın rəhbərliyi altında başladılmışdır. Arxeoloji araşdırmalar Muzeyin direktor müavini Gülbahar Baran Çelik tərəfindən aparılan qazıntıların ilkin mərhələsi isə 17 Fevral 2011-ci ildə tamamlanıb.[4]

Mövqeyi və memarlıq xüsusiyyətləri

Xarici divarlarından etibarən 26.000 m2lik bir sahəni əhatə edən qala, Aydos təpəsinin 325 mt hündürlüyündəki çıxıntısında yerləşir. Qalanın yenidənqurma ilk mərhələsinin XII-XII əsrdə olduğu düşünülməkdədir. Daxili və xarici olmaqla iki müdafiə divarı var. Daxili müdafiə divarında altı, xaricində isə yeddi bürcü yerləşir.

İstinadlar

  1. "İstanbul'un Çatısı Aydos Tepesi Kapısı Aydos Kalesi". 2017-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
  2. "Aydos Kalesi'nin fethi." 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
  3. "Aydos Kalesi Ve Bir Aşk Hikayesi". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
  4. "AYDOS KALESİ 2010 YILI KAZI ÇALIŞMALARI". 2012-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.