Aydın Məmmədov (filoloq)
Aydın Mirsaleh oğlu Məmmədov (16 yanvar 1944[1], Kiş, Nuxa rayonu – 19 aprel 1991, Qax rayonu) — Dilçi, türkoloq, tənqidçi, siyasətçi.
Aydın Məmmədov | |
---|---|
Aydın Mirsaleh oğlu Məmmədov | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 yanvar 1944[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1991 (47 yaşında) |
Vəfat yeri | Qax rayonu, Azərbaycan |
Vəfat səbəbi | Avtomobil qəzası |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olub. Orta məktəbdə müəllim işlәyәn daha A.Məmmədov elmi işçi, ictimai xadim vә siyasətçi olub. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi yollarla isbat edәn Aydın Mәmmәdov "Sovetskaya turkologiya" jurnalının redaktor müavini vә Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün bir sıra işlər görüb.
Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında dayanıb.
Millət vəkili seçilәn A.Məmmədov milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkat yolunda ciddi işlәr görüb.
Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri olub.
Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.
1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Dilarə Əliyeva ilə).
Öz doğma Kiş kəndində dəfn olunmuşdur.
Mənbə
- Kərim Kərimli. "Nida ilə tamamlanan ömür cümləsi". Ədalət qəzeti. № 65 (3141). 18 aprel 2009-cu il.