Aydın Məmmədov (dövlət xadimi, 1932)

Aydın Yusif oğlu Məmmədov (15 may 1932, Kəpənəkçi, Lüksemburq rayonu1 noyabr 2022) — Azərbaycan dövlət xadimi, "Azərbxariciticarət" Birliyinin baş direktoru, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1988–1990), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1983–1986), Azərbaycan Kommunist Partiyasının Mingəçevir Şəhər Komitəsinin (1981–1983) və Oktyabr Rayon Komitəsinin (1968–1971) birinci katibi, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1978), Azərbaycan SSR maarif nazirinin müavini (1964-cü ildən), Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X, XIXII çağırış deputatı.

Aydın Məmmədov
Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Azərbxariciticarət" Birliyinin baş direktoru
199? 26 iyul 1994
Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri
12 dekabr 1988[1] 22 may 1991
ƏvvəlkiŞənlik Əliyev
SonrakıQurum ləğv edildi.
Seçki dairəsi
Əvvəlki
Sonrakı
Azərbaycan SSR əhaliyə məişət xidməti naziri
11 aprel 1983 24 dekabr 1986[2]
ƏvvəlkiZüleyxa Həsənova
SonrakıBoris Aleksenko
1981 4 may 1983
ƏvvəlkiYusif Nəbiyev
SonrakıRamiz Tarverdiyev
Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1971 12 yanvar 1981
SonrakıNəcməddin Əhmədov
1968 1971
SonrakıNazim İbrahimov
Azərbaycan SSR maarif nazirinin müavini
1964 196?
NazirMehdi Mehdizadə
Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi
? ?
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1932(1932-05-15)
Doğum yeri
Vəfat tarixi 1 noyabr 2022(2022-11-01) (90 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

Aydın Yusif oğlu Məmmədov 1932-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Marneuli rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda ali təhsilini tamamlamışdır.[3] O, həmçinin 1960–1964-cü illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbində ali təhsil və Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında aspirantura təhsili almışdır. İqtisad elmləri namizədidir.

Aydın Məmmədov 1956-cı ildən əmək fəaliyyətinə başlamışdır.

Siyasi fəaliyyəti

Sovet dövrü

Aydın Məmmədov 1957-ci ildən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin birinci katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrini daşımışdır.

Aydın Məmmədov 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

Aydın Məmmədov 1964-cü ildən Azərbaycan SSR maarif nazirinin müavini, 1968-ci ildən Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi, 1971-ci ildən Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,[3] 1981–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi, 1983-cü ildən isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri vəzifələrini daşımışdır.

Aydın Məmmədov 12 dekabr 1988-ci ildə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri təyin olunmuşdur.[1]

Aydın Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X və XI çağırış deputatı olmuşdur.[3]

Müstəqillik dövrü

Aydın Məmmədov 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. O, 7 fevral 1991-ci ildə Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə yaradılmış Redaksiya komissiyasının üzvü təyin olunmuşdur.[4]

Aydın Məmmədov 1990-cı illərdə "Azərbxariciticarət" Birliyinin baş direktoru olmuşdur, lakin "Azərbaycan Respublikası xalq deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən o, Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevin 26 iyul 1994-cü ildə imzaladığı 870 nömrəli qərara əsasən bu vəzifəsindən azad edilmişdir.[5]

Təltifləri

Aydın Məmmədov "Oktyabr inqilabı" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və digər medallarla təltif olunmuşdur.[3]

İstinadlar

  1. А. Ј. Мәммәдов јолдашын Азәрбајҹан ССР Халг Нәзарәти Комитәсинин сәдри тә'јин едилмәси һаггында Азәрбайҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. № 289 (20757). 13 декабр 1988-ҹи ил. С. 1.
  2. Мә'лумат // Коммунист. № 294 (20165). 25 декабр 1986-ҹы ил. С. 2.
  3. Məmmədov Aydın Yusif oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 401.
  4. "Arxivlənmiş surət". 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-14.
  5. https://e-qanun.az/framework/8935%5B%5D
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.