Aydın Cabbarlı
Aydın Cəfər oğlu Cabbarlı — tibb elmləri namizədi. Cəfər Cabbarlının oğlu.
Aydın Cabbarlı | |
---|---|
Aydın Cəfər oğlu Cabbarlı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | xəstəlik |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Uşağı | Fərda Cabbarlı |
Atası | Cəfər Cabbarlı |
Anası | Sona Cabbarlı |
Fəaliyyəti | həkim |
Həyatı
1924-cü ildə doğulmuşdur. Atası Cəfər Cabbarlı ona bir pyesinin adı olan Aydın adını vermişdir. 1 yaşında Bismillah bədii filmində çəkilmişdir. 10 yaşında atası Cəfər Cabbarlını itirmişdir. 1960-cı ildə Azərnəşrdə Sirab suyu və onun müalicə əhəmiyyəti adlı kitabı çap edilmişdir. Cəfər Cabbarlının “Ey dan ulduzu” kitabını tərtib etmişdir. 1999-cu ildə atasının 100 illiyində vəfat etmişdir.
Ailəsi
Qafar Cabbarlının nəvəsidir. Şahbikə Cabbarlının nəvəsidir. Cəfər Cabbarlının oğludur. Sona Cabbarlının oğludur. Gülarə Cabbarlının qardaşıdır. Fərda Cabbarlının atasıdır.
Filmoqrafiya
- Bismillah (film, 1925) — Qulunun oğlu (tammetrajlı bədii film)
Kitabları
1.Sirab suyunun müalicə əhəmiyyəti.Bakı,Azərnəşr,1960. 2.Ey dan ulduzu.Bakı,Yazıçı,1979
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.