Aydın Bağırov

Bağırov Aydın Rövşən oğlu (5 sentyabr 1980, Ağdam) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Qol.az saytının baş redaktoru, "525-ci qəzet"in redaktoru.

Aydın Bağırov
Aydın Rövşən oğlu Bağırov
Doğum tarixi 5 sentyabr 1980(1980-09-05) (43 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
İxtisası jurnalist
Fəaliyyəti jurnalist
idman eksperti
Fəaliyyət illəri 1997-indiyə qədər
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı  — 2020

Həyatı

Aydın Bağırov 1980-ci il sentyabrın 5-də Ağdam şəhərində anadan olub. 1987–1992-ci illərdə Ağdam şəhər 7 nömrəli rusdilli məktəbdə təhsil alıb. Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar sonradan orta təhsilini AğcabədiBakı şəhərlərində davam etdirib. 1996-cı ildə Bakıda 32 saylı Ağdam köçkün məktəbini, 2005-ci ildə Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsini bitirib.

1997-ci ilin sentyabrın 1-dən "525-ci qəzet"də jurnalist fəaliyyətinə başlayıb. Müxtəlif illərlərdə qəzetdə müxbir, şöbə müdiri və redaktor vəzifəsində çalışıb.

2008-ci il noyabrın 17-dən fəaliyyətə başlayan Qol.az idman saytının baş redaktorudur.

Daha çox idman, xüsusi ilə futbolla bağlı yazılarına görə tanınır. Televiziya kanallarında idmana dair verilişlərdə ekspert kimi çıxış edir.

Baş redaktoru olduğu Qol.az saytı "Google analytics"in sayğac göstəricisinə əsasən, uzun illərdir Azərbaycanın ən oxunan idman saytları sırasında liderliyini qoruyur. Hər gün orta hesabla 20–24 min İP-dən Qol.az saytına giriş olur. Saytda Azərbaycan və dünya futbolu, idmanı ilə bağlı xəbərlər, analitik yazılar və müsahibələr dərc olunur. Aydın Bağırov həm də baş redaktoru olduğu saytın daimi təhlilçisi, yazarıdır.

Jurnalist kimi özü və rəhbərlik etdiyi Qol.az saytı müxtəlif təşkilatların keçirdiyi rəy sorğularında qalib adını qazanıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adına layiq görülüb.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.