Aydın Bəşirov
Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi.
Aydın Bəşirov | |
---|---|
Aydın Ağəmi oğlu Bəşirov | |
![]() | |
Doğum tarixi | 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 2019 |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyət illəri | 1994–2013 |
Həyatı
Aydın Bəşirov Abşeron rayonunun Güzdək kəndində anadan olub.
Aydın Bəşirov Bakı dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanı olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli 188 №-li fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib.[1] 2003-cü il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar və xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 1999-cu ildə IV Beynəlxalq müsabiqədə "Nəqliyyatda ilin adamı" adına layiq görülüb. 2004-cü ilin aprelində Qara dəniz hövzəsi gəmi sahibkarları beynəlxalq assosiasiasının (BINSA-nın) VI növbədənkənar iclasında bu qurumun prezidenti seçilib.
Təltifləri
İstinadlar
↑ https://www.bakupost.az/aydin-besirov-vefat-etdi
- "A. A. Bəşirovun Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilməsi haqqında". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- "AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN İŞÇİLƏRİNİN TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2015-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.