Aydın Ağasıyev
Aydın Ağasıyev (tam adı: Aydın Ənvər oğlu Ağasıyev; 16 dekabr 1949, Bakı, Azərbaycan SSR – 19 aprel 2011, Bakı, Azərbaycan) — Azərbaycan bəstəkarı, Azərbaycan SSRİ Bəstəkarlar İttiffaqının üzvü, müəllim, Azərbaycan Televiziyasının professional səs rejissoru.
Aydın Ağasıyev | |
---|---|
Aydın Ənvər oğlu Ağasıyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Janr | lirika |
Musiqi alətləri | piano, violonçel |
Təhsili | Azərbaycan Milli Konservatoriyası |
Həyatı
Aydın Ağasıyev 1949-cu il dekabrın 16-da İçərişəhərdə ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini 6 saylı musiqi məktəbinin violonçel şöbəsində almış, daha sonra təhsilini Asəf Zeynallı adına musiqi texnikumunda davam etdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun tələbəsi, opera solisti Olqa Nikolskayadan dərs almışdır. Milli Konservatoriyanın bəstəkarlıq şöbəsini bitirmiş, Xəyyam Mirzəzadənin tələbəsi olmuşdur.
Aydın Ağasıyev 1973-cü ildə Sankt-Peterburqda keçmiş SSRİ bəstəkarlarının yaradıcılıq görüşündə birinci yerə layiq görülmüşdür. 1979-cu ildə Naxçıvan Dövlət Dram Teatrında mahnı və rəqs ansamblının bədii rəhbəri və musiqi texnikumunda musiqi nəzəriyyəsi kafedrasının şöbə müdiri və direktor müavini vəzifəsində çalışmışdır. Uzun müddət dövlət televiziyasında ali dərəcəli səs rejissoru işləmişdir. Gözəl mahnıların, simfonik əsərlərin, tamaşa və film musiqilərinin müəllifidir. Azərbaycan SSRİ Bəstəkarlar İttifaqının üzvü olmuşdur. Naxçıvan Dram Teatrında isə "Cırtdan" və "Qəmli günlər", Gənclər Teatrında isə "Herastratı unudun" tamaşalarına musiqilər bəstələmişdir.
Aydın Ağasıyev 19 aprel 2011-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
Əsərləri
- "Bu qəm sənə sığmaz, dünya" – xor və solist üçün "20 yanvar" qurbanlarının xatirəsinə həsr edilmiş kompozisiya (1990);
- Violonçel və piano üçün Pyes (1990);
- Violonçel və alt üçün Duet (1991);
- Simli kvartet üçün Pyeslər (1991);
- Qadın xoru və piano üçün "Qoruyun bizi" (1992);
- Simli orkestr üçün Vals (1992);
- Solist, xor və orkestr üçün "Haqqın oğlusan" (1993);
- Solist və xor üçün "Azərbaycan marşı" (1993);
- Violonçel və piano üçün Ariya (1994);
- Xalq çalğı alətləri orkestri üçün "Azərbaycan" Süitası (1994);
- Xor və orkestr üçün "Kül olarsan, torpağıma toxunma" (1995);
- Piano üçün Prelüdlər (1995);
- Solist və xor üçün "Ən ulu eşqim" dini kompozisiya (1997).
- "Yumul Bənövşəm" mahnısı (1989) söz.Nüsrət Kəsəmənli
- "Analar" mahnısı (1989) söz.Nüsrət Kəsəmənli
- "Tələsmə ürəyim" (1989) söz. Nüsrət Kəsəmənli
- "İnanım, inanmayım" mahnısı (1989) söz.Nüsrət Kəsəmənli
- "El oğlu" mahnısı
- B.Vahabzadə, N.Xəzri, V.Nəsir, N.Kəsəmənli, H.Arif, Ə.Şahin, D.Gədəbəyli, Z.Ağayev, V.Novruz və b. şairlərin sözlərinə mahnılar (1989 – 2001).
Filmoqrafiya
- Ağ atlar üçün vals
- Dəfn edilməmiş ölülər (film, 1988)
- Qonşu qonşu olsa... (film, 1989)
- Ürək yaman şeydir... (film, 1992)