Aydın İmrani

Aydın İmrani "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, inzibatçı və film direktoru.

Aydın İmrani
Fəaliyyəti kinorejissor

Həyatı

Aydın İmrani 1979-cu ildən inzibatçı və film direktoru olaraq Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsində çalışmışdır. 80-ci illər Azərbaycan kinosunda bir neçə uğurlu filmin direktoru kimi fəaliyyət göstərmişdir.

Hazırda Minsk şəhərində yaşayır.

Filmoqrafiya

  1. Qəribə adam (film, 1979)
  2. Qızıl uçurum (film, 1980)
  3. Yeddi gözəl (film, 1982)
  4. Evlənmək istəyirəm (film, 1983)
  5. Köhnə bərə (film, 1984)
  6. Cin mikrorayonda (film, 1985)
  7. İşarəni dənizdən gözləyin (film, 1986)
  8. Özgə ömür (film, 1987)
  9. Lətifə (film, 1989)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.