Aydın İbrahimov

Aydın İbrahimov (tam adı: İbrahimov Aydın Əli oğlu; 17 sentyabr 1938, Kirovabad2 sentyabr 2021[2], Bakı) — Azərbaycan SSR güləşçisi[4]; SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi; "Neftçi" PFK-nın ilk prezidenti (1988–1997)[4].

Aydın İbrahimov
Şəxsi məlumatlar
Tam adı Aydın Əli oğlu İbrahimov
Vətəndaşlığı
Doğum tarixi 17 sentyabr 1938(1938-09-17)
Doğum yeri
Vəfat tarixi 2 sentyabr 2021(2021-09-02)[2] (82 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19[3]
Boyu 163 sm
Çəkisi 57 kq
İdman növü Güləş
Məşqçisi İbrahimpaşa Dadaşov

Fəaliyyəti

1960-cı illərdə idmanın güləş növü ilə peşəkar səviyyədə məşğul olmuşdur.[4]

1988-ci ildə Bakının "Neftçi" komandasının prezidenti vəzifəsinə gətirilmişdir.[4] Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanmışdır.[4] 1997-ci ildə bu postu tərk etmişdir.[4]

Bakının "Dinamo" idman cəmiyyətinin üzvü idi.

Görkəmli idmançı 2 sentyabr 2021-ci ildə 82 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.[5]

Uğurları

  • Güləş üzrə 1963-cü il Dünya çempionu;
  • Güləş üzrə 1966-cı il Avropa çempionu;
  • Sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı.
  • 1964-cü il güləş üzrə SSRİ çempionu, 1963-cü il SSRİ gümüş mükafatcısı, 1960 və 1957-ci illər SSRİ bürünc mükafatçısı.
  • Klub prezidenti kimi futbol üzrə Azərbaycan çempionu (1992, 1996, 1997)[4]
  • Klub prezidenti kimi futbol üzrə Azərbaycan kubokunun qalibi (1995, 1996)[4]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.