Aybəniz Əhmədova
Aybəniz Nəriman qızı Əhmədova (29 yanvar 1983) — aktrisa.
Aybəniz Əhmədova | |
---|---|
Aybəniz Nəriman qızı Əhmədova | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Həyatı
Aybəniz Əhmədova 29 yanvar 1983-cü ildə Ermənistanın Kirovakan şəhərində anadan olub. 1990-2000-ci tədris illərində 152 saylı orta məktəbdə təhsil alıb. 2002-2006-cı tədris illərində (Cənnət Səlimovanın kursu). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1997-ci ildən 2005-ci ilə qədər Körpəm Eksperimental Uşaq teatrında aktrisa vəzifəsində çalışıb. 2006-cı il noyabrın 01-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Əsas rolları
- Çal oyna (İ.Coşğun) — bala dovşan
- Xeyr və Şər (N.Gəncəvi) — şah qızı
- Ana qaz (R.Rza) — qaz balası
- Pəri cadu (Ə.Haqverdiyev) — rəqqasə əcinnə
- Qaraca qız (S.S.Axundov, A.Şaiq) — Qaraca; Xədicə
- Tıq-tıq xanım (A.Şaiq) — tıq-tıq xanım; xan
- Zorr pişik O və ya çəkməli (N.Kazımov) — balaca siçan
- Dovşanın ad günü (X.Əlibəyli) — dovşan
- Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — əks-səda
- Mənim ağ göyərçinim (T.Vəliyeva) — şagird
- Göyçək Fatma (Azərbaycan xalq nağılı) — Göyçək Fatma
- Mən səni sevirəm – M.S.S (Ə.Əmirli) — Nazı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.