Aybək

İzzəddin Aybək (ö. 1257, Qahirə) — Misir Məmlük dövlətinin qurucusu və ilk sultanı olan Qıpçaq bəzi qaynaqlara görə Türkman kökənli hökmdar. 1250 və 1257-ci illər arasında hökm sürmüşdü.

İzzəddin Aybək
Əl-Malik
Əl-Muiz
Əl-Cavanşir
Əl-Türkmani
Əl-Saleh
 İyul 1250
Əvvəlkidövlət quruldu
SonrakıƏl-Əşrəf Musa
1254 10 aprel 1257
ƏvvəlkiƏl-Əşrəf Musa
SonrakıMənsur Əli
Şəxsi məlumatlar
Doğum tarixi 1205[1]
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəhbər[d]
Həyat yoldaşları Ümmü
Şəcərəddürr
Uşağı Mənsur Əli
Ailəsi Bahri Məmlüklərinin siyahısı[2]
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Dövlətin qurucusu olan Aybək, Əyyubilər dövlətində yaşanan daxili qarışıqlıqlara son qoymaq məqsədilə Misirə gəlmiş və Əyyubilər dövlətini yıxaraq Məmlüklər dövlətini qurmuşdur. Bu dönəmdə Misirdə yaşanan Şiə məzhəbli Ərəb üsyanları məğlub edilmiş və Suriya Əyyubilərinə son verilmişdir.

Məmlüklər 1250-ci ildən 1382-ci ilə qədər Bəhri Məmlüklər (Türk kökənli), 1382-ci ildən 1517-ci ilə qədər isə Bürci Məmlüklar (Çərkəz kökənli) olaraq adlandırılmışdılar.

Üsyan

1253-cü ildə Misirdə Bəhri məmlüklərinə qarşı bədəvi üsyanı baş vermişdir. İştirakçıları Şimali Afrikada yaşayan köçəri ərəblər, əsasən, bədəvilər olmuşdur. Yuxarı Misirin 12 min süvaridən və çoxlu piyadadan ibarət üsyançı qoşunu şimala doğru hərəkət etmişdir. Lakin Sultan Aybəkin qoşunları üsyanı yatırmışdır. Aşağı Misir bədəviləri də hökumət qoşunları tərəfindən məğlubiyyətə uğradılmışdır.[3]

Həmçinin bax

İstinadlar

  1. https://historica.fandom.com/wiki/Aybak.
  2. Oxford African American Studies Center (ing.).
  3. Bədəvilər üsyanı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan  Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 542. ISBN 978-9952-441-07-9.

Mənbə

  • Muir, William (2007) The Mameluke or slave dynasty of Egypt, 1260–1517 Piscataway, NJ: Gorgias Press. ISBN 978-1-59333-697-4. (Birinci basım: Smith, Elder 1896)  (ing.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.