Ayaz Paşa türbəsi

Ayaz Paşa türbəsiİstanbulda Əyyub Sultan məscidinin arxasında yerləşən bir türbə.

Türbədə yatan Ayaz Mehmed Paşanın məzardaşı

Sultan Süleyman Qanuninin sədrəzəmlərindən olan Ayaz Mehmed Paşa üçün inşa olunmuşdur. 15 mart 1536 tarixində sədarətə gətirilən Ayaz Mehmed Paşa vəzifədə ikən 13 iyul 1539-cu ildə vəbadan vəfat etmiş, dəfn olunduğu yerə isə Lütfi Paşanın tövsiyəsilə Memar Sinan tərəfindən türbə inşa edilmişdir. Türbə olduqca bərbad vəziyyətdə olsa da, yaxın zamanlarda güclü restavrasiya işləri aparılmışdır.

Ayaz Paşa türbəsi 4 mərmər sütun üzərinə qurulu olub, kəsmə daşdan inşa edilmişdir. Tək gümbəzli olan bu türbədə yalnız bir mərmər məzar daşı var. Məzar daşının ayaq hissəsində məzarda yatan şəxsin paşa olduğu və paşanın vəfat tarixi qeyd olunub. Ayaz Paşa türbəsi memarlıq xüsusiyyətləri baxımından çox da fərqlənməsə də, Memar Sinanın ilk əsəri olması baxımından İstanbuldakı memarlıq abidələri arasında özünəməxsus yer tutur.

Mənbə

  • Ayvansarâyî, Hadîkatü’l-cevâmî‘, I, 296;
  • Sâî, Tezkiretü’l-bünyân, İstanbul 1315, s. 26;
  • Aptullah Kuran, Mimar Sinan, İstanbul 1986, s. 21;
  • Tacettin Topaç, "AyaspaşaTürbesi", İst. A, III, 1488–1489.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.