Ayaz Mütəllibov

Ayaz Niyazi oğlu Mütəllibov (12 may 1938[1], Bakı27 mart 2022[2], Bakı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 1-ci prezidenti (1990–1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi (1990–1991).

Ayaz Mütəllibov
8 sentyabr 1991 6 mart 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıYaqub Məmmədov (i.e.)
14 may 1992 18 may 1992
ƏvvəlkiYaqub Məmmədov (i.e.)
Sonrakıİsa Qəmbər (i.e.)
Əbülfəz Elçibəy
bayraq
Azərbaycan SSR Prezidenti
bayraq2
18 may 1990 5 fevral 1991
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
25 yanvar 1990 14 sentyabr 1991
ƏvvəlkiƏbdürrəhman Vəzirov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü
bayraq2
1 iyul 1990 21 avqust 1991
27 yanvar 1989 26 yanvar 1990
ƏvvəlkiHəsən Seyidov
SonrakıHəsən Həsənov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri
bayraq2
30 oktyabr 1982 27 yanvar 1989
ƏvvəlkiSabit Abbasəliyev
SonrakıRəhim Hüseynov
bayraq
Azərbaycan SSR yerli sənaye naziri
bayraq2
4 iyul 1979 30 oktyabr 1982
ƏvvəlkiƏlibala Əsədullayev
SonrakıSənan Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1938(1938-05-12)[1]
Doğum yeri
Vəfat tarixi 27 mart 2022(2022-03-27)[2] (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Niyazi Mütəllibov
Anası Kübra Mütəllibova
Həyat yoldaşı
Uşaqları oğulları:
Azad (1962–2011)
Zaur (d. 1970)
Dini islam

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir.[3] 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib.[4]

Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur.[4][5]

Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında ölmüşdür.[6] Sabiq prezident Birinci Fəxri Xiyabanda dəfn edildi.[7]

Siyasi fəaliyyəti

Ayaz Mütəllibov 1963-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunmuşdur. 1982-ci ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri,[8] 1985-ci ildən isə Azərbaycan SSR Ali Soveti sədrinin müavini vəzifələrini tutmuşdur.[4]

Ayaz Mütəllibov 1981–1986-cı illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1986-cı ildən Mərkəzi Komitənin üzvü olmuşdur.[4] 1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuş, 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra, 1990-cı il may ayının 18-də Azərbaycan SSR Ali Soveti tərəfindən yeni təsis olunmuş Azərbaycan SSR Prezidenti vəzifəsinə seçilmişdir.[5]

1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov. İKP MK-nin Siyasi Bürosunun üzvü olmuşdur. 1991-ci ilin avqustunda Moskvada SSRİ prezidenti Mixail Qorbaçova qarşı baş verən Avqust qiyamını dəstəkləyən az sayda respublika rəhbərlərindən biri də Ayaz Mütəllibov idi, lakin 2016-cı ildə verdiyi müsahibədə Mütəllibov bunu inkar edərək çevrilişi dəstəkləmədiyini deyib.[9]

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçilməsinə baxmayaraq müxalif AXC hərəkatının təzyiqi nəticəsində Ayaz Mütəllibov Ali Soveti buraxmışdır. Onun yerinə Milli Məclisi təşkil edilmiş, oradakı 50 nəfərlik deputat yerlərinin yarısı müxalifətə verilmişdir.[10]

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar (bax: Xocalı soyqırımı). Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur etmiş, nəticədə 1992-ci il martın 6-da istefa vermişdir.

Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Buna baxmayaraq, müxalif cəbhədə duran "Xalq Cəbhəsi"nin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2003-cü il Azərbaycan prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürsə də MSK təsdiq etməyib.[11]. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.

Ayaz Mütəllibov 1999–2003-cü illərdə Vətəndaş Birliyi Partiyasının sədri, 27 avqust 2003-cü ildən Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub. Partiyanın 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan etmişdir.[12]

Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev və 1-ci prezidenti Ayaz Mütəllibov Xocalı Soyqırımı qurbanlarının anım yürüyüşündə.

Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham etmişdir.[13]

İstinadlar

  1. Ayas ogly Mutalibow // Munzinger Personen (alm.).
  2. https://vesti.az/politika/skoncalsya-byvsii-prezident-azerbaidzana-ayaz-mutallibov-459853.
  3. "AYAZ MÜTƏLLİBOV BİRİNCİ VİTSE-PREZİDENTDƏN DANIŞDI:"Ana Vətən bu xanımı hazırlaşdırıb"-VİDEO". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.
  4. Rahr, Alexander G. Mutalibov, Ayaz Niyazi ogly // A biographical directory of 100 leading Soviet officials (ingilis). Boulder, Colorado: Westview Press. 1990. səh. 124. ISBN 0-8133-8015-4.
  5. Ајаз Нијази оғлу Мүтәллибов: [Азәрбајҹан Совет Сосиалист Республикасынын Президенти] // Коммунист. № 109 (21177). 19 мај 1990-ҹы ил. С. 1.
  6. "Ayaz Mütəllibov vəfat edib". 2023-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  7. "Ayaz Mütəllibov dəfn olundu". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  8. Ајаз Нијази оғлу Мүтәллибов: [Азәрбајҹан ССР Назирләр Советинин сәдри] // Коммунист. № 24 (20792). 28 јанвар 1989-ҹу ил. С. 1.
  9. "Ayaz Mütəllibov: "Bu, düşmənlərimin böyük hiyləgərliyi idi"". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-26.
  10. "POLITICS, PARTIES AND PRESIDENTS IN TRANSCAUCASIA". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-26.
  11. "MSK Ayaz Mütəllibovun prezident seçkilərində namizədliyini təsdiq etmədi". 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  12. "AYAZ MÜTƏLLİBOV SİYASƏTDƏN GETDİ". 2013-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-02.
  13. "AYAZ MÜTƏLLİBOV: "TALEYİMİN ƏSİRİYƏM"". 2010-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.