Ayaz Bayramov

Ayaz Hidayət oğlu Bayramov (25 fevral 1950, Sərvan) — fizika-riyaziyyat elmləri doktoru.

Ayaz Bayramov
Ayaz Hidayət oğlu Bayramov
Doğum tarixi 25 fevral 1950(1950-02-25) (74 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Hidayət Bayramov
Anası Hekayət Bayramova
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
İş yeri
Təhsili
Elmi rəhbərləri Qurevich Aleksandr Qriqoryevich (A.F. İoffe adına Fizika –Texnika İnstitutu, Sankt-Peterburq)

Həyatı

Ayaz Bayramov 1950-ci il fevral ayının 25-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1966-cı ildə Marneuli şəhər 1 saylı orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və həmin ildə AMEA Fizika institutunun aspiranturasına daxil olaraq A.F. İoffe adına Leninqrad Fizika-Texnika İnstitutuna ezam olunmuşdur. 1972-ci ildən AMEA Fizika institutunda elmi işçi, böyük və aparıcı elmi işçi, laboratoriya rəhbəri, 1989-1990-cı illərdə AMEA Fizika-riyaziyyat və texnika bölməsinin elmi katibi vəzifələrində çalışmış, 1977-ci ildə fizika-riyaziyyat üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2001-ci illərdə Yaponiyanın Nagaoka Texnoloji Universitetinin professoru, 2005-ci ildə ABŞ Milli Bərpa Olunan Enerji Laboratoriyasının (Denver, Kolorado) dəvət olunmuş professoru vəzifəsində işləmişdir. Nazik təbəqəli materialların texnologiyası və onların əsasında yaradılan fotovoltaik çeviricilər sahəsində mütəxəssisdir. 100-dən yuxarı yüksək impact faktorlu xarici və yerli jurnallarda çap olunmuş elmi əsərin və 6 ixtiranın müəllifidir. Əsərlərinə xarici jurnallarda 250-dən yuxarı istinad vardır. Hal-hazırda AMEA Fizika institunun innovasiya və transfer üzrə director müavini vəzifəsində çalışır.

Əsas elmi nəticələri

İlk dəfə olaraq CdCr2Se4 ferromaqnit yarımkeçiricilərin maqnit anzotropiyasının idarə edilməsi yolları göstərilmiş və bu materiallarda elektrik və maqnit alt sistemlərinin qarşılıqlı təsiri öyrənilmişdir.

A2B6 birləşmələrinin nazik təbəqələrinin müxtəlif üsullarla alınma texnologiyası işlənmiş, bu təbəqələrin struktur, elektrik, optik və lüminessent xassələri geniş tədqiq olunmuş və müxtəlif radiasiya şüalanmalarının bu xassələrə təsiri öyrənilmişdir. Bu tədqiqatların nəticəsində A2B6 birləşmələri əsasında nazik təbəqəli günəş elementləri və selektiv fotoqəbuledicilər yaradılmış və alınmış cihaz strukturları müəlliflik şəhadətnamələri ilə təsdiq olunmuşdur.

Nadir torpaq elementləri ilə aşqarlanmış CaGa2Se4 və SrGa2Se4 tioqallatlarının nazik təbəqələri alınmış və onlarda optika və lüminessensiya hadisələri tədqiq olmuşdur. Aparılan tədqiqatların nəticələri nazik təbəqəli yüksək effektivli elektrolüminessent elementlərin yaradılmasına gətirib çıxrmışdır.

Çevirmə effektivliyi 14%-dən yuxarı olan ənənəvi CdTe əsaslı nazik təbəqəli günəş elementləri yaradılmışdır. Effektivliyi 9%-ə çatan sadə və ucuz başa gələn yeni tip “substrate” konfiqurasiyalı günəş elementləri yaradılmış və hal-hazırda bu effektivliyin daha da yüksəldilməsi yolları araşdırılır. Bu işlər Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may taixli 255 nömrəli Sərəncamı ilə bağlı “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin istifadə olunması üzrə Dövlət Programı” çərçivəsində yerinə yetirilir.

Əsas elmi əsərləri

1.Seishi Iida,Tamao Matsumoto,Nazim T.Mamedov,Gyejong An,Yosuke Maruyama, Ayaz I.Bairamov,B.G.Tagiev,O.B.Tagiev and R.B.Dzabbarov, Observation of Laser Oscillation from CaGa2S4:Eu2+, Jpn.J.Appl.Phys.,v.36,p.L857,1997

2.Hikmat Najafov,Ariuki Kato,Hideyuki Toyota,Kazutoshi Iwai,Ayaz Bayramov and Seishi Iida, Effect of Ce Co-Doping on CaGa2S4:Eu Phosphor, 1.Energy Transfer from Ce to Eu Ions., Jpn.J.Appl.Phys.,Vol.41,p1424,2002

3..Hikmat Najafov,Ariuki Kato,Hideyuki Toyota,Kazutoshi Iwai,Ayaz Bayramov and Seishi Iida, Effect of Ce Co-Doping on CaGa2S4:Eu Phosphor,2.Thermoluminescence, Jpn.J.Appl.Phys.,Vol.41,p2058,2002

4.A. Bayramov,H. Najafov,A. Kato,M.Yamazaki, K.Fujiki, Md.Nazri,S. Iida. Feasibility of TFEL application on Ce-doped CaGa2S4 and SrGa2S4 films prepared by flash evaporation method.Journal of Physics and Chemistry of Solids, Vol.64, p.1821-1824, 2003

5.A. Kato,M.Yamazaki,H.Najafov,K.Iwai,A. Bayramov, C.Hidaka, T.Takizawa,S. Iida. Radiative and non-radiative processes of Ce related transitions in CaGa2S4 and SrGa2S4.Journal of Physics and Chemistry of Solids, Vol.64, p.1511-1517, 2003

6.E. Gambarov, A. Bayramov, A. Kato and S. Iida, Thin Film Electroluminescent Cells on the Basis of Ce-doped CaGa2S4 and SrGa2S4 Prepared by Flash Evaporation Method, Physica Status Solidi(c), Vol.3, No. 8, p.2726– 2729, 2006

7.V. D. Novruzov, N. M. Fathi, O. Gorur, M. Tomakin, A. I. Bayramov*, S. Schorr, and N. Mamedov, CdTe thin film solar cells prepared by a low-temperature deposition method, Phys. Status Solidi A 207, No. 3, 730–733, 2010

8. Rashad Hajimammadov, Nasser Fathi, Ayaz Bayramov, Genady Khrypunov, Nataliya Klochko, and Tatyana Li, Effect of ‘‘CdCl2 Treatment’’ on Properties of CdTe-Based Solar Cells Prepared by Physical Vapor Deposition and Close-Spaced Sublimation Methods, Jpn.J.of Appl. Phys. 50 (2011) 05FH01

9.Yong-Gu Shim, Junichi Sakamoto, Akinori Suzuki, Khuraman Khalilova, Kazuki Wakita, Nazim Mamedov, Ayaz Bayramov, Emil Huseynov, and Ilham Hasanov, Spectroscopic Ellipsometry Studies of CdS:O Layers for Solar Cells, Jpn.J. of Appl.Phys. 50 (2011) 05FC14

10.Ayaz Bayramov, Egana Aliyeva, Gurban Eyyubov, Eldar Mammadov, Daniel Lincot, Nazim Mamedov, Ellipsometric characterization of MoSe2 thin layers obtained by thermal treatment of molybdenum in selenium vapor, Appl. Surface Science, http://dx.doi.org/10.1016/j.apsusc.2017.01.153

11.Tayyar Dzhafarov and Ayaz Bayramov, Porous Silicon and Solar Cells, Springer International Publishing AG 2017 L. Canham (ed.), Handbook of Porous Silicon, DOI 10.1007/978-3-319-04508-5_95-2

Elmi-təşkilati fəaliyyəti

AMEA Fizika İnstitutunun elmi və dissertasiya şuralarının üzvü, “Fizika” jurnalının redaksiya heyətinin üzvü, bir sıra Beynəlxalq konfransların (Ternary and Multinary Compounds-17, 2009, Large Scale Research Projects-2012: Material Science and Informations for High Technologies-2012, Quantum İnformation Science APSWQIS -2016 və s.) təşkilat komitəsinin üzvü kimi elmi-təşkilati fəaliyyət göstərir.

Elmi-pedaqoji fəaliyyəti 1999-2001-ci illərdə Yaponiyanın Nagaoka Texnoloji Universitetində Yarımkeçirici optoelektron cihazların fizikası mövzusunda mühazirələr oxumuşdur, 3 nəfər magistr, 1 fəlsəfə doktoru hazırlamışdır.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.