Ayaqqəlsəməlilər
Ayaqqəlsəməlilər (lat. Branchiopoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi.
Ayaqqəlsəməlilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ayaqqəlsəməlilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
1500-ə yaxın növü qeydə alınıb.
Ümumi məlumat
Seqmentlərinin sayı dəyişkən olan ən ibtidai xərçəngkimilərdir. Başı döş seqmentlərinə bitişmir, faset və nauplial gözləri olur. Döş ayaqcıqları yarpaqşəkilli, zəif xitinləşmişdir, tənəffüs, hərəkət və qidanı ağıza yönəltməyə xidmət edir. Aydın şəkildə buğumlara bölünməmiş ayaqlar qəlsəmə çıxıntıları ilə təhciz olunmuşdur. Qarıncığın qurtaracağında yaxşı inkişaf etmiş çəngəl vardır. Qısqacsız mandibullar rudimentar vəziyyətdə nəzərə çarpır. Əksər növlərinin bədəni ikitaylı çanaqla və ya bel qalxanı ilə təchiz olunmuşdur.
Təsnifatı
- Phyllopoda (Preuss, 1951)
- Diplostraca dəstəsi (Gerstaecker, 1866)
- Notostraca dəstəsi (Sars, 1867)
- Sarsostraca (Tasch, 1969)
- Anostraca dəstəsi Sars, 1867
Adi növləri
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.