Ayan Mirqasımova
Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000).
Ayan Mirqasımova | |
---|---|
Ayan Oqtay qızı Mirqasımova | |
Digər adı | Ayan Mir-Qasım |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası | Oqtay Mirqasımov |
Anası | Nailə Mirqasımova |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1991–h.h. |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0592396 |
Həyatı
Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb.
"Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxaq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür[1]. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 10 may 2019-cu ildə[7], 7 may 2020-ci ildə[8], 7 may 2021-ci ildə[9], 10 may 2022-ci ildə[10] və 6 may 2023-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[12]
- Kinorejissor Oqtay Mirqasımovun qızıdır.
- AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun nəvəsidir.
- Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı Mirələsgər Mirqasımovun qardaşı qızıdır.
Filmoqrafiya
- İnsanlar, atlar, təkərlər (film, 1979) — rol: Uşaq
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) — rol: Nailə
- Ötən ilin son gecəsi (film, 1983) — rol: Dilarə
- Avqust gələndə (film, 1984) — rol: Nailə
- Araqarışdıran (film, 1987) — rol: Rəna
- Özgə vaxt (film, 1996) — rol: Leyla
- Otel otağı (film, 1998) — rol: Rəna
- Nə gözəldir bu dünya... (film, 1999) — rol: Səbinə
- Yuxu (film, 2001) — rol: Bahar
- Ovsunçu (film, 2002) — rol: Mədinə
- Məkanın melodiyası (film, 2004) — rol: Rəna
- Biz qayıdacağıq (film, 2007) — rol: Nərgiz
- Biz qayıdacağıq (veriliş, 2007) (II)
- Günaydın, mələyim! (film, 2008) — rol: Mədinə
- Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
- Zəng (film, 2015)
- Hədiyyə (qısametrajlı film, 2017)
İstinadlar
- "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 31 iyul 2017. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-31.
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 817.