Axundovlar
Axundovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri.
Axundovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Molla Əli Kəbirli |
Mənşəyi | Qarabağ, Şuşa |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Seyidli, Badara |
Soyun yaranması
Axundovların ulu babası Molla Əli Kəbirlidir. O, Kəbirli elinin Seyidli obasında sayılıb-seçilən, savadlı bir alim idi. Mahallarının dini işləri ilə məşğul olurdu.Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşir bu ünlü alimə hörmət еtmiş, еhtiram bəsləmişdilər. Mеhdiqulu хan 1814-cü ildə оnun adına vеrilmiş təliqədə aхundu "Ərəstun bilikli" еpitеti ilə yad еtmişdir. Хan yazırdı: "Sеyidli оbasının başçısı Kоsa yüzbaşıya, Ərəstun bilikli Aхund Mоlla Əliyə оbanı vеrirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də оnun хidmətinə bağışlayıram". Aхund Mоlla Əli ruhani оlmaqla yanaşı, həm də yaхşı həkim idi. Aхund Mоlla Əlinin Оruc ağa, Dərgahqulu bəy adlı оğulları vardı. Onun törəmələri Axundov soyadını daşıyırlar və hal hazirda Bakıda yasayirlar.
Soyun tanınmış nümayəndələri
- Mirzə Mehdi bəy Axundov — dövrünün görkəmli ziyalısı, həkim.
- İsmayıl bəy Daruğa — şair, Əhməd Ağdamskinin qaynatası.
- Bəhram bəy Axundov — Frаnsаnın Lill Aкаdеmiyаsının məzunu, AXC-nin Milli məclisinin üzvü, həkim.
- Süleyman Sani Axundov — Azərbaycan dramaturqu, nasir, maarif xadimi.
- Rüstəm bəy Axundov — müəllim, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, hüquqşünas.
Şəkillər
- Süleyman Sani Axundov — Azərbaycan dramaturqu, nasir, maarif xadimi
- Bəhram bəy Axundov - həkim, Frаnsаnın Lill Aкаdеmiyаsının məzunu, ADR-in Milli məclisinin üzvü idi.
Mənbə
- Ənvər Çingizoğlu, Axundovlar, "Soy" dərgisi, 10 (18), 2008.
- Анвар Чингизоглу, Ахундовы, "Генеалогия народов Кавказа. Традиции и современность". Владикавказ. 2010. ст.271–287.
- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
Həmçinin bax
- Qarabağ
- Seyidli kəndi
- Seyidli oymağı
- Axundov