Axund Molla Zülfüqar Axundov

Axund Molla Zülfüqar Axundov (azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov) — Qarabağın tanınmış din xadimi. Cümə məscidinin axundu.[1] Axund Molla Mustafanın oğlu. Hacı İbrahim ağa Axundovun kiçik qardaşı.

Axund Molla Zülfüqar Axundov
azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov
Doğum tarixi
Doğum yeri Seyidli kəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat səbəbi repressiya
Atası Axund Molla Mustafa Əliyev
Anası Məşədi Başxanım

Həyatı

Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır.[2]

Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.[2]

Azərbaycanın yüzlərlə ziyalısı kimi Axund Molla Zülfüqar Axundov da 1937-ci ildə repressiya qurbanı olmuşdur. O, 1937-ci ilin sentyabr ayının 15-dən 16-na keçən gecə güllələnmişdir.[2]

Axund Molla Zülfüqar Axundov ailə həyatı qursa da, övladı olmamışdır.[2]

İstinadlar

  1. Orxan Zakiroğlu (Baharlı).Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
  • Orxan Zakiroğlu (Baharlı).Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Kərbəlayi Miralılar nəslinin görkəmli övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 15-22 dekabr, 2012, № 29(113)
  • Orxan Zakiroğlu (Baharlı). Kərbəlayi Miralılar nəslinin tanınmış din xadimi. "Təzadlar" qəzeti, 01 dekabr, 2012-ci il, № 182(1725)
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Kərbəlayi Miralılar nəsli. "Soy" dərgisi, № 6 (38), 2010-cu il

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.