Aaxen

Aaxen (alm. Aachen) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, HollandiyaBelçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir.

Aaxen
Aachen
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
50°46′34″ şm. e. 6°05′02″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 160,85 km² (31 dekabr 2017)[2]
Mərkəzin hündürlüyü 173 m, 410 m, 125 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 252.136 nəf. (31 dekabr 2022)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 0241, 02403, 02405, 02407, 02408
Poçt indeksi 52062, 52063, 52064, 52065, 52066, 52067, 52068, 52069, 52070, 52071, 52072, 52073, 52074, 52075, 52076, 52077, 52078, 52079, 52080
Nəqliyyat kodu AC
Digər
aachen.de
Aaxen xəritədə
Aaxen
Aaxen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir.

1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir. 1943–45-ci illərdə böyük dağıntılara məruz qalmışdır. Şəhərdə imperator Böyük I Karl saray kompleksinin (8–9 əsrlər) qalıqları saxlanılmışdır. Axen saray kompleksinin ətrafında inkişaf etmişdir.

Əhalisi

Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri
ÖlkəƏhali (31.12.2018)
Türkiyə Türkiyə 6,478
Polşa Polşa 1,758
Çin ÇXR 1,651
Niderland Niderland 1,586
Yunanıstan Yunanıstan 1,512
Rumıniya Rumıniya 1,025

Mədəniyyət müəssisələri

Axen 1238-ci ildən xristian müqəddəs əşyalarının nümayiş olunduğu mərkəzə və katoliklərin ziyarətgahına çevrilmişdir. Ümumdünya irsinin siyahısına salınmış baş kilsə (burada 1531-ci ilədək 32 alman imperatorunun tacqoyma mərasimi keçirilmişdir), imperator saray kapellası (786–798, memar Metsli Odo; Karolinqlər intibahı dövrünün ən parlaq memarlıq nümunəsi), qotik üslubda Qroshauz (keçmiş ratuşa, 1267, hazırda şəhər arxivi), Ratuşa (təqribən 1333–76, 1898–1902-ci illərdə yenidən qurulmuşdur; imperator zalında Axen Retelin I Karlın həyatından bəhs edən freskaları, 1840–51), barokko üslubunda fəvvarə və I Karlın tunc heykəli (1620), Elizen -brunnen fəvvarəsi (1822–27, memar Y. A. Kremer) Axenin ən məşhur memarlıq abidələrindəndir.

Ali texniki məktəb (1870; 1880-ci ildən universitet statusu), Müqəddəs Qriqori kilsə musiqisi ali məktəbi (1881), kütləvi kitabxana (1831), Syurmondt (1882, antik və Avropa incəsənəti), diyarşünaslıq, "Kuven-Muzeum" (18–19-cu əsrlər, dekorativ tətbiqi sənət), beynəlxalq qəzet (1885) muzeyləri, şəhər teatrı (1751), "Qrents land teater″, "Blekaut" teatrı; musiqili teatr (2000) var.

İqtisadiyyatı

Axenin iqtisadiyyatında əsas yeri xidmət sferası tutur. Axen elmi-tədqiqat və təcrübə-konstruktor işləmələri, işgüzar xidmətlər və ticarət (o cümlədən beynəlxalq) üzrə böyük mərkəzdir. Maşınqayırmanın elektrotexnika, elektronika, kömür sənayesi üçün avadanlıq istehsalı sahələri ən çox inkişaf etmişdir. Burada çoxsaylı elmi kadrlar cəmləndiyindən elmtutumlu istehsal (o cümlədən təcrübə-sınaq işləri), sürətlə inkişaf edir. Axen Almaniyanın ən böyük daş kömür hövzələrindən birinin mərkəzidir. Şəhərin sənayesi kömür hasilatı üzrə ixtisaslaşmışdır. Axendə kimya, rezin-texnika, yeyinti, toxuculuq, şüşə-keramika sənayesi müəssisələri fəaliyyət göstərir. Şəhərin ətrafında olan mədənlər Romalıların dövründən istismardadır Axenin 20 km-liyində Yulix nüvə tədqiqatları mərkəzi yerləşir. Axen balneoloji kurortdur. Əsas təbii müalicə amili çoxsaylı (təqribən 40) termal (temperatur 75° C-yədək, Mərkəzi Avropada ən isti) mineral bulaqlardır.

Nəqliyyat

Eyni zamanda şəhər böyük bir dəmiryolu mərkəzi və mühüm nəqliyyat qovşağıdır. Daha çox dəmiryol Moskva–Berlin–Paris transavropa dəmiryol magistralı Axendən keçir. Sərnişin dövriyyəsinin həcminə görə ölkədə ilk yerlərdən birini tutur.[4]

Partnyor şəhərlər

Partnyor şəhərlər aşağıdakıdır:

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.